/ / Azərbaycanın Baş Naziri Türkiyə Böyük Millət Məclisinin Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın Baş Naziri Türkiyə Böyük Millət Məclisinin Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
20.10.2020 [10:05]
Oktyabrın 19-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun rəhbərlik etdiyi, Türkiyə parlamentində təmsil olunan dörd partiyanın təmsilçilərinin daxil olduğu nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazir Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2 şəhər, 1 qəsəbə və 71 kəndi işğaldan azad etdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan üçün bu çox mürəkkəb bir dövrdə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyənin bütün rəhbərliyi, türk xalqı Azərbaycanın yanında oldu. Baş Nazir göstərilən dəstəyə görə öz adından və hökumət adından minnətdarlığını bildirib.
Baş Nazir Əli Əsədov ötən il Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 33 faiz artdığını, bu ilin səkkiz ayı ərzində isə pandemiyaya baxmayaraq artımın 8 faiz olduğunu vurğulayıb.
Baş Nazir Türkiyə ilə Azərbaycanın həyata keçirdikləri birgə enerji layihələrinin uğurla davam etdirildiyini bildirib, Qara dənizdə qaz ehtiyatlarının kəşfi ilə əlaqədar təbriklərini çatdırıb.
Qeyd olunub ki, qarşılıqlı investisiyaların həcmi artmaqdadır.
Əli Əsədov Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin və Türkiyə-Naxçıvan qaz xəttinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Baş Nazir pandemiya dövründə Türkiyə və Azərbaycanın səhiyyə işçilərinin səmərəli fəaliyyətini qeyd edib.
Azərbaycan Prezidentinin Türkiyə televiziyalarına müsahibələrinin bütün dünyada diqqətlə izləndiyini vurğulayan Baş Nazir Türkiyə televiziyalarının Azərbaycanın ədalətli müharibəsi ilə bağlı doğru xəbərləri işıqlandırdığını diqqətə çatdırıb.
TBMM-in sədri Mustafa Şentop Azərbaycan və Türkiyə rəhbərlərinin ilk səfərlərini bir-birinin ölkələrinə etmələrinin bir ənənə olduğunu qeyd edərək özünün də Məclis sədri seçildikdən sonra ilk səfərini Azərbaycana etdiyini vurğulayıb. O, bu səfərlərinin Azərbaycanın haqlı mübarizəsinə dəstək səfəri olduğunu deyərək Azərbaycanı bütün şərtlər daxilində müdafiə etdiklərini bəyan edib.
Mustafa Şentop Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumlarını pislədi və qeyd edib ki, hücuma məruz qalan Gəncə şəhərinə getməyi planlaşdırır. TBMM-in İnsan haqları komitəsinin alt komitəsində Dağlıq Qarabağ da daxil olmaqla müharibə zonalarında insan haqlarının pozulması hallarının araşdırıldığı və Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər barədə də məruzə hazırlanacağı qeyd olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12

