/ / Elşad Musayev: Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi yönündə apardığı siyasətə tam dəstək verir
Elşad Musayev: Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi yönündə apardığı siyasətə tam dəstək verir
21.10.2020 [09:01]
“Humanitar atəşkəs elan olunmasına baxmayaraq, təxribatlarını davam etdirən Ermənistanın cəbhə bölgəsindən uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ballistik raketlərlə hücum etməsi terrorçu dövlətlə üz-üzə olduğumuzu bir daha sübut edib. Azərbaycan dövləti Ermənistanın bu terror aktına beynəlxalq səviyyədə hüquqi müstəvidə qiymət verilməsinə çalışır. Məlum olduğu kimi, 17 oktyabrda baş verən və 14 nəfər dinc sakinin qətlə yetirildiyi hücumdan sonra Baş prokuror başda olmaqla ölkənin hüquq-mühafizə orqanlarının rəhbərləri də Gəncədə olub. Dəlil və sübutlar toplanıb, Ermənistanın törətdiyi hərbi cinayətlərin araşdırılması üçün cinayət işi açılıb. Bir sözlə, Azərbaycan həm döyüş meydanında, həm hüquqi, həm də siyasi müstəvidə Ermənistanın cavabını verməkdədir”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib.
E.Musayev bildirib ki, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin torpaqların işğaldan azad edilməsi yönündə apardığı siyasətə tam dəstək verir: “Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmaq istiqamətində aparılan fəaliyyətə dəstək üçün ölkənin siyasi partiyaları da əlindən gələni əsirgəmir. Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayan vaxtdan Ali Baş Komandanın ətrafında birləşən 50 siyasi partiya Gəncəyə növbəti raket hücumundan sonra bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Müraciətdə Ermənistanın sentyabrın 27-dən oktyabrın 17-dək Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi cinayətlər dünya birliyinin diqqətinə çatdırılır və təcavüzkarın cəzalandırılması tələb edilir. Hesab edirik ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə beynəlxalq hərbi tribunal qarşısında dayanmalıdır və dayanacaq”.
E.Musayevin sözlərinə görə, təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də Azərbaycanın dövlət başçısı düşmənlərimizi məğlubiyyətə uğratmaqdadır: “Dövlət və milli maraqlarımızın qətiyyətlə ifadə olunduğu Azərbaycan Prezidentinin dünyanın nüfuzlu və aparıcı telekanallarına verdiyi müsahibələr haqlı mövqeyimizin yüksək səviyyədə dünya ictimaiyyətinə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Ordusunun tarixi zəfərlərinə rəhbərlik edən Ali Baş Komandan informasiya müharibəsində də düşmən təbliğatını darmadağın edir”.
“Eyni zamanda, torpaqlarımızın azad edilməsi yönündə aparılan prosesə birbaşa rəhbərlik edən Ali Baş Komandanın sosial şəbəkələr vasitəsilə və Azərbaycan xalqına birbaşa müraciətlərini səbirsizliklə gözləyirik. Ali Baş Komandanın mesajları, müsahibələri və müraciətləri Azərbaycan xalqını daha da ruhlandırır. 30 ilə yaxındır, işğal edilmiş ərazilərimizdə möhkəmlənən düşmənin müqaviməti artıq qalmayıb. Hesab edirəm ki, Azərbaycan öz tarixinin ən qürurlu dövrünü yaşayır. Buna görə də bütün xalqımıza tam qələbə sevincini yaşamağı diləyirəm. Amma buna rəğmən, ehtiyatı əldən vermək olmaz. Həm döyüş meydanında, həm də arxa cəbhədə ehtiyatlı olmalıyıq. Ona görə ki, dövlətimizin bütün ehtiyat tədbirlərinə baxmayaraq, düşmənin terrorçu mahiyyətini bildiyimiz üçün ayıq-sayıq olmalıyıq”, - deyə o əlavə edib.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

