/ / Mustafa Şentop: Mülki şəxsləri və yaşayış məntəqələrini bombalayan Ermənistan müharibə cinayəti törədir
Mustafa Şentop: Mülki şəxsləri və yaşayış məntəqələrini bombalayan Ermənistan müharibə cinayəti törədir
21.10.2020 [09:19]
Azərbaycana Türkiyə Böyük Millət Məclisində təmsil olunan dörd fərqli siyasi partiyanın parlament qruplarından olan dostlarımızla birlikdə səfərə gəlmişik. Səfər çərçivəsində Bakıda bir sıra görüşlərimiz oldu. Bu müharibədə dinc əhaliyə qarşı cinayətin ən dəhşətlisi, mülki şəxslər arasında ölüm sayının ən çox olduğu məhz Gəncə şəhəridir. Azərbaycana səfərimiz zamanı Gəncəyə gəlməyimiz bütün diqqəti buraya cəlb etmək baxımından da çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop oktyabrın 20-də Gəncədə jurnalistlərə müsahibəsində deyib.
Qardaş ölkə parlamentinin Sədri vurğulayıb ki, biz Türkiyə olaraq lap əvvəldən - 1990-cı illərdən bəri Azərbaycanın yanında olduq, işğal altındakı torpaqlarını azad etməsi üçün apardığı mübarizəsində daim Azərbaycanı dəstəklədik. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bütün azərbaycanlı qardaşlarımıza salamı var. Biz dost və qardaş Azərbaycanı haqlı mübarizəsində hər zaman dəstəkləmişik və dəstəkləyirik.
Mustafa Şentop bildirib: “Gəncədə gördüyümüz mənzərə, eləcə də digər yaşayış məntəqələrinə qarşı törədilən hücumlar göstərir ki, mülki şəxsləri, yaşayış məntəqələrini bombalayan Ermənistan müharibə cinayəti törədir. Azərbaycanı bu haqlı mübarizəsində dəstəkləmək, haqq səsimizi, bu yaşananları bütün dünyaya çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Qarabağ Azərbaycan torpağıdır. Bu, tarixboyu belə olub. Bugünkü beynəlxalq hüquqda da Qarabağın Azərbaycanın ərazisi olduğu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi əksini tapıb. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının, eləcə də Avropa Parlamentinin, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının qərarları vardır və bütün dünya Ermənistanı işğalçı kimi tanıyır. Bu baxımdan Ermənistan Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməlidir”.
Ermənistanın mülki şəxslərə qarşı hücumlarının açıq-aşkar müharibə cinayəti olduğunu vurğulayan Türkiyə Böyük Millət Məclisinin Sədri deyib: “Cenevrə konvensiyalarına görə, müharibənin bir hüququ, qaydası var: döyüşlərdə ancaq hərbi hədəflər vurulmalı, mülki şəxslər atəşə tutulmamalıdır. Ermənistan isə müharibənin hüququna və qaydalarına əməl etmədən, namərdcəsinə mülki şəxsləri hədəfə almaqdadır. Bunu bütün dünya görməlidir. Təəssüf ki, bu məsələ ilə bilavasitə məşğul olan Minsk qrupunun həmsədr ölkələri də daxil olmaqla bütün dünya bu xain hücumlar və insanlıq əleyhinə cinayətlər qarşısında səssiz qalır, lazımi addımlar atmır.
Türkiyə olaraq daim Azərbaycanın yanındayıq. Azərbaycanın haqlı mübarizəsini biz də Azərbaycan qədər müdafiə edirik. İnşallah, qısa zamanda Azərbaycan Ordusu Vətən torpaqlarının işğal altındakı hissəsini də azad edəcək. Haqlı olan Azərbaycandır. Çünki Azərbaycan öz torpaqlarını azad etmək üçün Vətənini müdafiə edir. Biz də Türkiyə olaraq bunu daim dəstəklədik və bundan sonra da dəstəkləyəcəyik. Qarabağ Azərbaycandır!”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

