Anar Eyvazov: Qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə tam olaraq nəzarət edir
22.10.2020 [09:13]
Ötən müddətdə cəbhənin Ağdərə, Füzuli-Cəbrayıl və Qubadlı istiqamətlərində əməliyyatlar davam edib. Düşmən müdafiə mövqelərimizi və Tərtər rayonunun ərazisini atıcı silahlardan və artilleriya qurğularından atəşə tutub. Döyüş əməliyyatlarında cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində olan düşmən bölmələri artilleriya bölmələrimiz tərəfindən məhv edilib.
AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov oktyabrın 21-də Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə deyib.
Anar Eyvazov bildirib ki, düşmənin 5-ci, 6-cı, 7-ci dağatıcı alaylarının və 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və döyüş texnikası sarıdan itkilər verərək geri çəkilməyə məcbur edilib. Tərk edilmiş düşmən mövqeləri bölmələrimizin nəzarətindədir. Ordumuzun apardığı əməliyyatlarda alay komandiri, alayın artilleriya rəisi, tabor və divizion komandirləri daxil olmaqla düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib. Üç artilleriya qurğusu, bir neçə minaatan və üç yük avtomobili sıradan çıxarılıb. Çoxlu sayda silah-sursat bölmələrimiz tərəfindən ələ keçirilib. Əlavə olaraq, Gəncə, Goranboy, Tərtər, Füzuli və Horadiz istiqamətlərində düşmənin altı pilotsuz uçuş aparatı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
Müdafiə Nazirliyinin mətbuat katibi deyib ki, qoşunlarımız bütün cəbhəboyu əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Azərbaycan Ordusunun üstünlüyü barədə düşmənin bu gün etiraf etdiyi həqiqətləri Ali Baş Komandanımız bundan əvvəl vurğulayıb. Azərbaycan Ordusu istifadə etdiyi yüksək texnoloji vasitələrlə düşməni qat-qat üstələyib.
Polkovnik-leytenant Anar Eyvazov qeyd edib ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi müasir ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusunun birlik və birləşmələrinə müasir hərbi strategiya və taktikaya, hərb elminə dərindən yiyələnmiş komandirlər rəhbərlik edirlər.
Ordumuzun arsenalında olan yüksək dəqiqlikli texnoloji vasitələr və silahlar genişmiqyaslı taktiki təlimlərdə tətbiq olunur, onların imkanlarının əməliyyatlarda birgə taktiki istifadəsi hərbi qulluqçularımız tərəfindən tam olaraq mənimsənilib.
Hazırda ordumuz tərəfindən aparılan əks-hücum əməliyyatında düşmənin otuz illik müddətində qurduğu müdafiə xətti, onların silah və texnikası, cəlb etdikləri muzdlu döyüşçülərin döyüş təcrübəsi heç bir işə yaramır, onların idarəetmə sistemi iflic vəziyyətdədir. Onların bölmələri nizamsız qaydada döyüş meydanından geriyə çəkilir.
Brifinqdə media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan Ordusunun əsas dayağı güclü dövlət-xalq-ordu birliyidir. Azərbaycan əsgəri Ali Baş Komandanın hər çıxışından sonra daha da cəsarətlənir, irəli atılır, xalqımızın birliyindən və döyüş ruhundan mənəvi güc alır. Vahid komandanlıq altında idarə olunan Azərbaycan Ordusunun bütün bölmələri döyüş meydanında əsl peşəkarlıq, qəhrəmanlıq və böyük fədakarlıq nümayiş etdirir.
“Biz bu münasibətlə hər bir Azərbaycan vətəndaşına minnətdarlığımızı bildiririk. Bir daha əmin edirik ki, Ali Baş Komandanın əmrinə uyğun olaraq işğal altındakı bütün torpaqlarımız tezliklə azad ediləcək. Qələbə bizimlədir!”, - deyə Anar Eyvazov bildirib.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

