Bu gün Azərbaycan cəmiyyəti möhtəşəm həmrəylik nümayiş etdirir
23.10.2020 [08:52]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ali Baş Komandana və ordumuza qətiyyətli dəstəyi isə milli birliyimizin daha da möhkəmlənməsində mühüm rol oynayır
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçiklərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirirlər və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması da deyilənlərə sübutdur.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, bu gün bütün xalqımız qələbəyə köklənib: “Qısa müddət ərzində rəşadətli ordumuz işğal altında olan bir sıra yaşayış məntəqələrimizi və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad edib. Biz ordumuzla qürur duyuruq və ərazi bütövlüyümüzün təmin olunması məsələsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yanındayıq”.
Ş.İsmayılov deyib ki, Azərbaycan həmişə sülhün tərəfdarı olub və konstruktiv mövqe nümayiş etdirib. Amma Ermənistanın məqsədli şəkildə münaqişənin sülh yolu ilə həllini uzatması yolverilməzdir. Onun sözlərinə görə, Azərbaycan çox qısa müddətdə öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu dəfələrlə bəyan etmişdi: “Ermənistan isə bu xəbərdarlığa əməl edib sülhə gəlmədi. Dövlət başçımızın da qeyd etdiyi kimi, biz bu məsələlərdə səbrli davrandıq və maksimum sülh danışıqlarının tərəfində olduğumuzu bütün dünya ictimaiyyətinə sübut etdik. Amma bizim də səbrimizin bir həddi var idi. Biz Azərbaycan xalqı olaraq sülhpərvər xalqıq, amma 30 ilə söykənən işğal faktına son qoyulmalıdır. Biz 30 il ərzində beynəlxalq təşkilatların bəyanatlarının heç bir effektinin olmadığının şahidi olduq. Bu bəyanatlara biz səbrlə, təmkinlə yanaşdıq, amma Ermənistan dövləti BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 qətnaməni görməzdən gəldi. Amma indi Paşinyan ayrı-ayrı dövlətlərin rəhbərlərinə diz çöküb yalvarır”.
Millət vəkili qeyd edib ki, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməsi haqqımızdır: “Çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır. Hər birimiz canımızdan keçməyə hazırıq. Yetər ki, bu işğala son qoyulsun. İnsanlar artıq qələbəyə köklənib”.
Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın da ordumuza və Ali Baş Komandana dəstək məqsədilə birgə bəyanat imzaladığını xatırladan Ş.İsmayılovun sözlərinə görə, radikal müxalifət yenə də öz xislətini və antimilli mövqeyini nümayiş etdirdi: “Əslində, bu yanaşma ilə özlərini ifşa edib xalq qarşısında növbəti dəfə rəzil duruma düşdülər. Ümumilikdə, 50 siyasi partiyanın birgə mövqeyi ölkəmizdə milli həmrəyliyin güclənməsində mühüm rol oynayır”.
Politoloq Qabil Hüseynli də indiki halda Azərbaycanda milli birliyin əhəmiyyətini vurğulayıb. Onun fikrincə, bu baxımdan siyasi partiyaların mövqeyi önəmlidir: “Ölkəmizdə 50 siyasi partiyanın birgə bəyanat imzalaması Azərbaycanın siyasi həyatında böyük nailiyyətdir. Yeni siyasi konfiqurasiya Azərbaycanda siyasi plüralizmin mövcud olmasından xəbər verir. Bu gün ümummilli məsələlərdə siyasi partiyalar dövlətin, Prezidentin yanında olmalı və ölkəmiz üçün həyati əhəmiyyət daşıyan məsələlərdə kənarda dayanmamalıdırlar. 50 siyasi partiya ölkədə milli həmrəyliyin carçısı kimi əsl vətənpərvərlik göstərdi və bu məsuliyyətli günlərdə Prezidentin siyasi xəttini dəstəklədiklərini, ordumuzun yanında olduqlarını bildirdi. Bu partiyaların, xüsusilə beynəlxalq təşkilatlara müraciət edərək Azərbaycanın haqq işinə dəstək vermələrini tələb etməsi sözün həqiqi mənasında çox diqqətəlayiq bir haldır. Ermənistanda müxalifət partiyaları öz hakimiyyətlərinə qarşı mitinq təşkil etmək qərarı verib. Azərbaycanda isə demək olar ki, bütün partiyalar birgə bəyanat qəbul edərək həm beynəlxalq aləmə, həm də Azərbaycan cəmiyyətinə müraciət edərək Prezidentin siyasi xəttini müdafiə etdiklərini bəyan edirlər. Fərq ortadadır. Bu, sözün həqiqi mənasında Azərbaycan cəmiyyətində dərin siyasi həmrəyliyin mövcud olduğunu göstərir”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

