/ / Tural Abbaslı: Ali Baş Komandanın işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində apardığı qətiyyətli siyasət təqdirəlayiqdir
Tural Abbaslı: Ali Baş Komandanın işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində apardığı qətiyyətli siyasət təqdirəlayiqdir
23.10.2020 [08:54]
“Cəbhəyanı ərazilərdə, hətta cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayan dinc sakinlərə qarşı hücumları ilə Ermənistan özünün terrorçu mahiyyətini bir daha sübut edib. Bu, xain düşmənin soydaşlarımıza qarşı ilk vandallığı və vəhşiliyi deyil. İstər ötən əsrin əvvəllərində, istərsə də XX əsrin sonlarında xalqımıza qarşı törətdiyi soyqırımlar yaddan çıxmayıb. Xocalıda, habelə I Qarabağ müharibəsi zamanı işğal edilən digər kənd və şəhərlərimizdə törədilən qətliamlar erməni terrorçuluğunun əsl simasını ortaya qoyub”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə açıqlamasında AĞ Partiyasının sədri Tural Abbaslı deyib.
Partiya sədrinin sözlərinə görə, sevindirici haldır ki, Azərbaycan həm döyüş cəbhəsində, həm də informasiya müharibəsində düşmənə layiqli cavab verə bilir: “Təəsüf ki, döyüş meydanında Azərbaycan Ordusunun qarşısında qaçan düşmən Gəncə şəhərində dinc əhaliyə ballistik raketlərlə hücum edir. Bu vandallığın görüntüləri bütün vasitələrdən istifadə edilərək dünyaya çatdırılmalıdır ki, bizim hansı bir mənfur düşmənlə üz-üzə qaldığımızı beynəlxalq aləm bir daha görsün. Məlum olduğu kimi, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya da bu vandalizm aktını dünya ictimaiyyətinə çatdırmaq üçün bütün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb”.
“İndiki məqamda bütün partiyaların eyni mövqedən çıxış etməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu Vətən, dövlət, ordu hamımızındır. Ona görə də, siyasi partiyalar olaraq biz fəaliyyətimizi koordinasiyalı şəkildə yürütməliyik ki, ümumi işimizdə uğurlara nail olaq. Hər bir kəs beynəlxalq təşkilatların diqqətini Azərbaycan haqq səsinə yönəltmək üçün çalışmalıdır. Dünya artıq anlasın ki, Ermənistanın qəsbkarlığının, terrorçuluğunun və qəddarlığının mahiyyəti nədən ibarətdir. Biz təbliğatımızı məhz bu istiqamətdə qurmalıyıq”, - deyə T.Abbaslı bildirib.
T.Abbaslı deyib ki, Ali Baş Komandanın işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində apardığı qətiyyətli siyasət təqdirəlayiqdir: “Biz də Ali Baş Komandanın Azərbaycanın ərazi bütövülüyünün təmin edilməsi istiqamətində fəaliyyətini müsbət qiymətləndiririk. Bu gün əskər partiyalar Ali Baş Komandanın ətrafında birləşərək mənfur düşmənə qarşı mübarizəyə qalxıb. Düşmənə layiqli dərs verən və yeni-yeni yaşayış məntəqələrini azad edən Azərbaycan Ordusu və Ali Baş Komandan ölkə ictimaiyyətindən tam dəstək alır. Daxildə olduğu kimi, qonşu və qardaş ölkələrin, xüsusən də Türkiyə, Pakistan, Ukrayna, İsrail və digər dövlətlərin Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə dəstək verməsi mühüm əhəmiyyət kəsb edir”.
Qaşqay
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01

