/ / Nazirlər Kabineti Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində işləri davam etdirir
Nazirlər Kabineti Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində işləri davam etdirir
24.10.2020 [09:39]
Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edən xəritələrdən istifadə hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müvafiq işlər davam etdirilir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının, xarici şirkətlərin və digər qurumların internet səhifələrində yerləşdirilmiş xəritələrdə Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizlə əlaqədar təhrif halları aşkarlanıb, bu təşkilatlarla aparılmış iş nəticəsində təhrif edilmiş xəritələrdən istifadə dayandırılıb. Görülmüş tədbirlər çərçivəsində müəyyən xəritələrdən işğal edilmiş ərazilərimizdə yaradılmış qanunsuz rejimə istinadlar çıxarılıb, Şuşa və Xankəndi başda olmaqla bir çox yaşayış məntəqələrimizin adlarının düzgün formada verilməsi təmin edilib.
Azərbaycan toponimlərinə düzgün istinad edilməsinin təşviqi və gələcəkdə baş verə biləcək təhrif hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2020-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad edilən xəritələrdən istifadə hallarının qarşısının alınmasına dair Tədbirlər Planı” təsdiq edilib.
Tədbirlər Planı çərçivəsində Nazirlər Kabinetinin rəhbərliyi ilə ölkəmizə aid coğrafi adların düzgün yazıldığı və beynəlxalq standartlara uyğun elektron xəritələrin (rəqəmsal, interaktiv və yüksək dəqiqlikli) hazırlanması, beynəlxalq platformalara inteqrasiya edilməsi məqsədilə alternativ platformanın (internet resurs) yaradılması, açıq kateqoriyalı milli məkan məlumatlarının formalaşdırılması siyasətinin hazırlanması, xəritə yaradan beynəlxalq təşkilatlarla davamlı əlaqələrin qurulması, müvafiq danışıqların aparılması, təqdim edilən coğrafi məlumatların beynəlxalq standartlara uyğunlaşdırılmaqla daim yenilənməsi, milli transliterasiya (bir yazı sistemindəki hərflərin başqa yazı sisteminin hərfləri ilə verilməsi) standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradılması, internet platformalarında yayılmış xəritələrdə təhrif hallarının aradan qaldırılması işinə gənclər təşkilatlarının və diaspor qurumlarının cəlb edilməsi və bir çox digər istiqamətlərdə intensiv iş aparılmaqdadır.
Görülmüş tədbirlər çərçivəsində internet platformalarında yayılmış xəritələrdə işğal altındakı ərazilərdə toponimlərimizin təhrif olunmasının qarşısının alınması, sosial şəbəkələrdə və internet platformalarında Azərbaycan həqiqətlərinin daha aktiv təbliğində gənclər və könüllülər təşkilatlarının, ali təhsil müəssisələrində və dövlət xətti ilə xaricdə təhsil alan tələbələrin rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə işçi qruplar formalaşdırılıb, təhrif halları ilə bağlı beynəlxalq platformalara şikayətlərin ünvanlanması, sosial şəbəkələrdə etiraz aksiyalarının təşkil edilməsi ilə bağlı mütəmadi tədbirlər görülməkdədir.
Aparılmış işlər nəticəsində xaricdəki diplomatik nümayəndəliklərimiz və diaspor təşkilatlarımız vasitəsilə xaricdə keçirilən tədbirlərdə Azərbaycan ərazilərini təhrif olunmuş formada təqdim edən xəritələrin və digər vəsaitlərin həmin tədbirlərdən yığışdırılması, məsələ ilə bağlı təşkilatçıların maarifləndirilməsi istiqamətində uğurlu addımlar atılmaqdadır.
Bundan əlavə GİS (Coğrafi informasiya sistemi) proqram təminatı əsasında inzibati rayonların sərhədləri, şəhərlərin, rayon mərkəzlərinin və digər yaşayış məntəqələrinin adları və sərhədləri, küçələrinin adları ilə bağlı məlumatları özündə əks etdirən müvafiq elektron baza yaradılıb. GİS formatında hazırlanmış məlumat bazasının özəl sektor nümayəndələrinin də cəlb edilməsi ilə açıq tipli məlumat formatına çevrilməsi istiqamətində tədbirlər davam etməkdədir.
Həmçinin, respublikanın bütün şəhər və rayonları üzrə 4590 şəhər, rayon, qəsəbə, kənd və inzibati ərazi vahidlərinin adları ilkin variantda rus və ingilis dillərində hazırlanıb.
Eyni zamanda, ölkəmizin ərazi bütövlüyü ilə bağlı yanlış məlumatları əks etdirən əyani vəsaitlərin (həmçinin kitab, dəftər, qlobus, jurnal, qəzet, broşür kimi kağız məlumat daşıyıcıları və elektron informasiya daşıyıcıları) respublika ərazisinə idxalına nəzarətin gücləndirilməsi və aşkarlanan halların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Azərbaycanın işğal olunmuş ərazilərinə təhrif edilmiş formada istinad hallarının qarşısının alınması istiqamətində işlər davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

