Elçin Əmirbəyov: Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir
28.10.2020 [09:07]
Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov “Al Jazeera” televiziya kanalının xəbərlər proqramının birbaşa efirində deyib.
Ermənistanın növbəti, üçüncü dəfə Vaşinqtonda görüşlər nəticəsində elan edilən humanitar atəşkəs rejimini kobud şəkildə pozduğunu xəbər verən Elçin Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi Yerevanın bu dəfə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirəcəyini o qədər də güman etmirdi.
E.Əmirbəyov deyib: “Paşinyan döyüş əməliyyatlarının real şəkildə dayandırılması addımını ata bilməz, çünki müharibədən sonra “toz yatacaq” və döyüş meydanında alçaldıcı darmadağına məruz qalan Ermənistan Paşinyandan sentyabrın 27-də başlatdığı hərbi avantüranın bütün haqq-hesabını tələb edəcək. Paşinyan özü və onun ətrafındakılar labüd ölümə, yad torpaqlar uğrunda vuruşmağa göndərdikləri minlərlə erməni hərbçisinin ata və analarına da cavab verməli olacaqlar”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi sözünə davam edərək bildirib ki, məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərdən növbəti atəşkəs rejimini yalvar-yaxarla alır, lakin o, bunu sülhə nail olmaq məqsədilə deyil, rəşadətli Azərbaycan ordusunun işğaldan azad etdiyi ərazilərə nəzarəti qaytarmaq kimi illüziyalı məqsədlərlə, özünün yerdə qalan dəstələrinin yenidən qruplaşdırılması, yeni silah-sursat və texnika partiyasının daşınması üçün fasilədən istifadə etmək məqsədilə edir. Bununla bərabər, erməni hərbçilər xüsusi olaraq dinc azərbaycanlı mülki əhaliyə raket və artilleriya hücumları edir, bu hücumlar nəticəsində artıq 65 nəfər həlak olub, 300-dən çox insan yaralanıb.
Bu vəziyyətdə Bakı münaqişənin nizamlanmasını necə görür sualına cavabında E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır, lakin onun əsas məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində tezliklə bərpasıdır. Bundan ötrü yalnız iki yol var. Birincisi, Ermənistan dərhal atəşi dayandırır, onun rəhbərliyi isə Azərbaycanın işğal altında ərazilərindən özünün bütün silahlı qüvvələrinin çıxarılması öhdəliyini açıq şəkildə öz üzərinə götürür və bununla bağlı qısa müddətdə qoşunların çıxarılması qrafiki bizimlə razılaşdırılır. Daha sonra tərəflər siyasi nizamlanmanın bütün digər aspektləri üzrə konkret danışıqlara keçir. İkinci yol - Ermənistan döyüş meydanında mənasız qarşıdurmanı davam etdirir, vasitəçilərin tərəfləri sülh danışıqları yoluna qaytarmaq cəhdlərini əvvəlki kimi rədd edir və beləliklə, Azərbaycanı öz sərəncamında olan legitim qeyri-diplomatik vasitələrlə son məqsədinə çatmağa məcbur edir. Seçimi Paşinyan etməlidir, lakin onun vaxtı o qədər də çox deyil.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

