/ / Sübut Əsədov: Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi böyük uğurlar cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılanır
Sübut Əsədov: Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi böyük uğurlar cəmiyyətdə ruh yüksəkliyi ilə qarşılanır
30.10.2020 [08:54]
“Azərbaycanın yeni ərazilərini işğal etmək niyyətində olan Ermənistanın silahlı qüvvələrinin sentyabrın 27-də başlayan təxribatına cavab olaraq Ali Baş Komadan İlham Əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsi aparır, xalqımız isə bu zəfər yürüşünə tam dəstək göstərir. Azərbaycanda mövcud olan birlik və həmrəylik qarşısında aciz duruma düşən işğalçı Ermənistan çirkin metodlara əl atır, dinc sakinlərimizə qarşı terror törədir. Məlum olduğu kimi, dinc sakinlərin itkisinin çox olmasını hədəfləyən terrorçu dövlət gecə saatlarında iki dəfə öz ərazisindən Gəncəyə ballistik raket atıb. Beynəlxalq humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozan Ermənistanın hərbi-siyasi rəhbərliyi bu cinayətə görə cavab verməli olacaq”.
Bunu Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib.
S.Əsədov bildirib ki, Ermənistan rəhbərliyinin müharibə cinayəti hesab edilən növbəti faşist əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün əksər siyasi partiyalar beynəlxalq təşkilatlara müraciət ünvanlayıblar: “Müharibə başladığı 27 sentyabrdan bu zamana qədər aparılan müşahidələr onu göstərir ki, 30 ildir münaqişənin öz həllini tapmamasına görə məsuliyyət daşıyan beynəlxalq təşkilatların yenə də ikili standartlardan çıxış edirlər. Buna görə də beynəlxalq ictimaiyyəti münaqişənin mahiyyəti və Ermənistanın faşist rəhbərliyinin hərbi cinayət törətməsi barədə geniş şəkildə məlumatlandırmaq üçün ölkənin siyasi partiyalarının bu addımı mühüm önəm kəsb edir. Həmin müraciəti, eyni zamanda, Vətən müharibəsi başlayandan bu günə qədər 50 siyasi partiyanın Ali Baş Komandana dəstək verməsi istiqamətində növbəti addım kimi də qiymətləndirmək olar. Qeyd edim ki, Respublikaçılar Partiyası birgə müraciətə qoşulmaqla yanaşı, müstəqil olaraq ölkədə fəaliyyət göstərən xarici ölkələrin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəliklərinə də müraciət göndərib”.
Partiya sədrinin sözlərinə görə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi böyük uğurlar Azərbaycan cəmiyyətində ruh yüksəkliyi ilə qarşılanır: “Bu uğurların əldə edilməsində ölkədə mövcud olan milli birlik və həmrəyliyin rolu da danılmazdır. Çünki hazırda kimliyindən, siyasi mənsubiyyətindən, statusundan asılı olmayaraq hamı Azərbaycan Ordusuna dəstək üçün çalışmaqdadır. Respublikaçılar Partiyasının üzvləri də bu işə öz töhfəsini verir. Ölkədə həmrəyliyin nümayişi vətəndaşlarımızın Ali Baş Komandanın ətrafında sıx birləşdiyini göstərir. Rəşadətli Azərbaycan Ordusunun işğal edilmiş torpaqlarımızın azad edilməsi istiqamətində apardığı uğurlu əməliyyatlar şəhid ailələri başda olmaqla, xalqımızın bütün təbəqələrinin ürəyincədir. Çünki 30 ildir Azərbaycanın torpaqları uğrunda canından keçən şəhidlərimizin qanı yerdə qalmır”.
“Ümidvaram ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlara, o cümlədən Şuşaya, Xankəndiyə, Xocalıya qayıdacağıq. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində şanlı ordumuzun son qarış torpağımızı işğaldan azad edəcəyi günü səbirsizliklə gözləyirik”, - deyə S.Əsədov bildirib.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

