/ / Sahib Məmmədov: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tam azad etmək qüdrəti və əzmi nümayiş etdirir
Sahib Məmmədov: Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tam azad etmək qüdrəti və əzmi nümayiş etdirir
03.11.2020 [09:17]
“Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan Ordusundan fərqli olaraq, Ermənistanın silahlı qüvvələri döyüş bölgəsindən 50-100 kilometr uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən evləri, məktəb binalarını, xəstəxanaları və digər obyektləri, hətta qəbiristanlığı da atəşə tutur. Onların mülki əhaliyə qarşı istifadə etdiyi silahların əksəriyyəti də beynəlxalq konvensiyalarla qadağan olunan döyüş vasitələridir”.
Bu fikirləri “Yeni Azərbaycan”a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.
S.Məmmədovun sözlərinə görə, indiyə qədər təəssüf doğuran məqam o idi ki, müvafiq beynəlxalq təşkilatlar bu cinayət aktlarına ya birtərəfli yanaşır, ya da münasibət bildirməkdən çəkinirdilər: “Gəncədə dinc əhaliyə qarşı ballistik raketlərdən hücumlar baş verəndə də “Amnesty International” və “Human Rights Watch” kimi təşkilatlar susdular. Ermənistanın Bərdə şəhərində törətdiyi qətliamdan sonra sözügedən təşkilatlar və digərləri, nəhayət ki, işğalçını qınamağa başladılar. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin informasiya müharibəsində də fəallıq göstərməsi beynəlxalq ictimaiyyəti həqiqətlərə inanmağa vadar edib. Mən bunu bizim informasiya cəbhəsindəki uğurumuz hesab edirəm”.
QHT sədri deyib ki, Ermənistan ordusunda vəziyyətin acınacaqlı olması, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyini, terror başda olmaqla, bütün vasitələrə əl atmağa vadar edir: “Ermənistanda əhali artıq döyüşmək istəmir, hərbi xidmətə yararlı olanlar orduda xidmətdən imtina edirlər. Ermənistanın vəziyyəti Hitler Almaniyasının son günlərini xatırladır. Belə ki, Hitler bunkerdən bütün əhalini silahlanmağa çağırırdı, qadınları və məktəbli uşaqları hərbi təlimlərə cəlb etmək üçün təşkilat yaratmışdı. Onların çoxu da sonradan hərbi hədəfə çevrildilər. Paşinyan da indi təxminən Hitlerin taktikasından istifadə edərək yaşı keçmiş, təcrübəsi olmayan şəxsləri, hətta qadınları və uşaqları da döyüşlərə cəlb edir. Halbuki Ermənistanın özünün də qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların döyüşlərə cəlb edilməsini qadağan edir. Təşkilatımız adından bu məsələ ilə bağlı hesabat hazırlayıb BMT-nin Uşaq Hüquqları Komitəsinə təqdim edəcəyik”.
S.Məmmədov deyib ki, döyüş meydanında məğlub olan düşmən əl atdığı mənfur və alçaq metodlarla Azərbaycan xalqının birlik və həmrəyliyini, ordumuzun döyüş əzmini poza bilməyəcək: “Uzun illər sülh danışıqları yolu ilə torpaqlarımızın azad edilməsinə ümid edən Azərbaycan dövləti və xalqının artıq səbir kasası daşıb. Azərbaycan Prezidentinin xarici KİV-lərə müsahibələrində və Azərbaycan xalqına müraciətlərində vurğuladığı kimi, Paşinyanın qeyri-konstruktiv mövqeyi nəticəsində danışıqlar prosesi pozulub. Üstəlik Ermənistanın indiki rəhbərləri yeni torpaqları işğal edəcəkləri barədə bəyanatlar səsləndiriblər. Bu il ərzində onların təxribatı daha da intensivləşmişdi. Bunun bir sonu olmalı idi. Ali Baş Komandanın əks-hücum əməliyyatlarının başlanması barədə verdiyi əmrin uğurla icra olunması nəticəsində bir sıra ərazilərimiz işğaldan azad edildi. Bütövlükdə, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan tam azad etmək qüdrəti və əzmi nümayiş etdirir”.
Q.RAMAZANOV
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

