/ / Qulamhüseyn Əlibəyli: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli siyasət öz bəhrəsini verir
Qulamhüseyn Əlibəyli: Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli siyasət öz bəhrəsini verir
03.11.2020 [09:19]
“Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatları qarşısında tab gətirməyən işğalçı Ermənistanın silahlı qüvvələrinin düşdüyü vəziyyət onu bəşəriyyətə qarşı növbəti cinayətlərə sövq edir. Döyüş meydanında məğlub olan Ermənistan gah qadağan olunmuş silahlar və ballistik raketlər vasitəsilə Azərbaycanın dinc sakinlərini hədəfə almaqla, gah da uşaqları döyüşlərə cəlb etməklə müharibə cinayətlərini davam etdirir. Belə ki, Gəncədə, Tərtərdə uşaqları qətlə yetirən Ermənistanın terrorçu hakimiyyəti öz uşaqlarına da əsgər forması geyindirib hərbi əməliyyatlara cəlb etməklə əsl simasını ortaya qoyur”.
Bunu “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib.
Q.Əlibəyli bildirib ki, bu kimi faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin beynəlxalq xarakterli növbəti hərbi cinayətlər törətdiyini sübut edir: “Təsadüfi deyil ki, 50 siyasi partiya Ermənistan rəhbərliyinin müharibə cinayəti hesab edilən faşist əməlləri barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Sözügedən müraciət təkcə Gəncədəki terror aktı deyil, Ermənistan rəhbərliyinin bütün hərbi cinayətləri barədə beynəlxalq ictimaiyyəti geniş şəkildə məlumatlandırmaq xarakteri daşıyır. Çünki Ermənistanın qəsdən dinc sakinləri hədəfə almasını xalqımıza qarşı soyqırımı kimi qiymətləndirmək olar. Bu aktlar bəşəriyyət əleyhinə cinayətlər hesab olunur. Buna görə də, Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir”.
Humanitar atəşkəsi Ermənistanın növbəti dəfə pozmasına toxunan Q.Əlibəylinin sözlərinə görə, işğalçı ölkə özünün ənənəvi siyasətinə sadiq qalıb: “Ermənistanın indiyə qədər hakimiyyətdə olan bütün rəhbərləri həmişə saxta və riyakar mövqeləri ilə seçiliblər. Lakin düşmənin dərhal humanitar atəşkəsi pozması Ermənistanın sülh istəmədiyini bir daha göstərir”.
Partiya sədrinin sözlərinə görə, humanitar atəşkəs rejiminin tətbiqi ilə Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını almaq kimi məqsədlər güdən Ermənistan rəhbərliyi yanılır: “Hesab edirəm ki, ermənilərin humanitar atəşkəsdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirməsinə imkan verilməyəcək. Əminəm ki, atəşkəsi pozan düşmən layiqli cavabını alacaq və işğal altındakı bütün torpaqlarımız azad olunacaq. Ona görə ki, 1 ay ərzində 4 rayonun işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tam zəfərlə başa çatdırılacağına inamımız böyükdür. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yürüdülən qətiyyətli siyasət öz bəhrəsini verir. Eyni zamanda, bu gün Azərbaycanda dövlət başçımız, Ali Baş Komandanımızın rəhbərliyi ilə dünyanın heç bir ölkəsində müşahidə edilməyən unikal birlik yaranıb: Dövlət-xalq-ordu birliyi. Tam və qəti qələbə naminə bu milli birlik və həmrəyliyi qoruyub saxlamaq, bütün proseslərə çox uğurla rəhbərlik edən dövlət başçımıza həm daxili, həm hərbi, həm də beynəlxalq məsələlərdə tam dəstək vermək lazımdır”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

