/ / İsrail diplomatı: İlham Əliyev təsdiqlədi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir
İsrail diplomatı: İlham Əliyev təsdiqlədi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir
17.11.2020 [09:55]
Hazırkı geosiyasi vəziyyətə baxanda aydın olur ki, İkinci Qarabağ müharibəsinin mütləq qalibi Azərbaycan və Azərbaycan Prezidentidir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İsrail diplomatı, “Nativ” xüsusi xidmətinin keçmiş rəhbəri Yakov Kedmi YouTube-da yayımlanan “Solovyov live” verilişində söyləyib. O deyib ki, Azərbaycan Prezidenti bütün məqsədlərinə çatıb, ermənilərin işğalı altında olan torpaqları azad edib. Y.Kedminin fikrincə, növbəti danışıqlarda Dağlıq Qarabağın statusu Ermənistanın xeyrinə dəyişməyəcək. “Boşboğaz və məsuliyyətsiz ermənilərin indiki rüsvayçı məğlubiyyətdən əvvəl Azərbaycanla razılığa gəlmək və Ermənistan sərhədlərində qalmaq imkanı var idi”, - deyə o vurğulayıb.
Aparıcı Vladimir Solovyov həmsöhbətini dəstəkləyərək Azərbaycan Prezidenti İlham Əliyevin Paşinyanla bilavasitə qarşıdurmada mütləq qalib olduğunu etiraf edib: “O, Paşinyanı məhv etdi. Paşinyan naməlum səbəbdən Şuşada rəqslər təşkil etmiş bacarıqsız rəqqas, Əliyev isə peşəkar prezidentdir”.
Y.Kedmi qeyd edib ki, Azərbaycan Prezidentini həm təhsilinə, həm təcrübəsinə, həm də dövlətçilik təfəkkürünə görə Paşinyanla müqayisə etmək olmaz. İsrail güc strukturlarının sabiq nümayəndəsi deyib: “Əliyev Azərbaycan tarixində hələ heç kimin etmədiyini etdi. O, öz qüvvəsi ilə Azərbaycanın milli problemlərindən birini həll etdi, Azərbaycanı həm beynəlxalq, həm də milli baxımdan möhkəmləndirdi. O təsdiq etdi ki, Azərbaycan hakimiyyəti xalqın maraqlarına xidmət edir”.
Dağlıq Qarabağda ermənilərə qarşı Azərbaycan ordusunun tərkibində əcnəbilərin vuruşduğunu iddia edənlərə cavabında Y.Kedmi sual edib: “Siz bir türk əsgərinin və ya suriyalının cəsədini tapmışınız? Bir nəfər də olsun qeyri-azərbaycanlının meyitini tapmışınız?”. V.Solovyovun “üç suriyalı əsir dindirilib” iddiasına cavab olaraq o, “üç suriyalı ermənilərə qalib gəlib?” sualını verib və deyib: “Azərbaycan ordusu qalib gəlib, çünki onun döyüş qabiliyyəti, ciddi əməliyyatlar həyata keçirmək bacarığı yüksək səviyyədə idi”.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

