Turizm ölkəmiz üçün böyük perspektivlər vəd edən bir sahədir
09.04.2010 [10:23]
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalanıb. Qeyd edək ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı imkanların böyük olmasına dair mütəxəssislər tərəfindən mütəmadi olaraq fikirlər səsləndirilib. Son illər Azərbaycana gələn turistlərin sayının artması da bunu təsdiq edir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Musa Quliyev hesab edir ki, ölkə başçısı tərəfindən bu Dövlət Proqramının təsdiq olunması çox əhəmiyyətli hadisədir. Onun sözlərinə görə, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar var. Millət vəkili xatırladıb ki, bir neçə il öncə Milli Məclis tərəfindən “Turizm haqqında” və “Kurortlar haqqında” qanunlar qəbul edilib. Həmin qanunlar da bu sahələrin inkişafına xidmət edir. Onun fikrincə, qanunların ardınca Dövlət Proqramının təsdiq olunması turizmin inkişafını daha da stimullaşdıracaq. Dünyadakı 11 iqlim qurşağından 9-nun Azərbaycanda mövcud olduğunu deyən M.Quliyevin sözlərinə görə, bu amil bütün mövsümlər üçün turizm komplekslərinin yaradılmasına imkan verir.
Turizmin böyük perspektivlər vəd edən bir sahə olduğunu deyən M.Quliyev bildirib ki, Azərbaycanın Xəzər dənizi sahilində yerləşməsi, Qafqaz sıra dağları və eləcə də, cənub bölgəsinin mənzərəli təbiəti turistlər üçün gözəl istirahət yeridir. Onun sözlərinə görə, Azərbaycanda qədim insan məskənləri var ki, bu da xarici turistləri cəlb edən amildir. “ölkəmizdə xeyli sayda tarixi-mədəni abidələr mövcuddur. Bundan əlavə, müalicəvi əhəmiyyətə malik olan bölgələrimiz var. Məsələn, bu baxımdan Naftalan neftinin dünyada analoqu yoxdur. Eləcə də, Naxçıvanda müalicəvi əhəmiyyətə malik gözəl yerlər mövcuddur. Bununla dünyanı Azərbaycana gətirmək mümkündür” - deyən millət vəkili əlavə edib ki, ölkəmizdə kənd turizmini də inkişaf etdirmək olar. Buna dünyada aqroturizm deyilir. Bu gün şimal bölgəsində Xaçmaz, Quba, Qusar, Zaqatala, Gəncəbasar zonasında, Lənkəran-Astara zonasında və digər yerlərdə turizm kompleksləri var. Amma Azərbaycan təbiəti bu zonalarda turizm potensialının daha da böyük olduğunu göstərir. M.Quliyevin fikrincə, kənd yerlərində bu sahəyə diqqət yetirilməsinə əhalinin mədəni inkişafı, sosial infrastrukturlar və təbii iqlim şəraiti tam imkan verir. Aqroturizmin inkişafı kənd əhalisinin sosial vəziyyətinin yüksəlməsinə, şəhərdən bölgələrə işləməyə gedənlərin sayının artmasına xidmət edəcək. M.Quliyev hesab edir ki, bu məqsədlə kəndlərə kredit ayrılmalıdır. Bununla da, kənd əhalisi turizmin tələblərinə cavab verən şərait qura bilərlər. Onun sözlərinə görə, bütövlükdə Azərbaycanda turizmin inkişafı üçün böyük imkanlar var. Bir sıra bölgələrdə beynəlxalq hava limanlarının olması da bu imkanları şərtləndirən amillər sırasındadır. Belə ki, Bakı ilə yanaşı, Naxçıvanda, Gəncədə, Zaqatalada, Lənkəranda olan beynəlxalq hava limanları vasitəsilə turistlər birbaşa həmin bölgələrə səfər edə bilərlər.
Millət vəkili eyni zamanda, hesab edir ki, turizmin inkişafı Azərbaycanı dünyaya daha yaxından tanıdacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxGündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Hərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45

