/ / Fuad Əliyev: Dövlət başçısının ətrafında sıx birləşən Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızı yenidən cənnət məkana çevirəcək
Fuad Əliyev: Dövlət başçısının ətrafında sıx birləşən Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızı yenidən cənnət məkana çevirəcək
08.12.2020 [09:30]
“Azərbaycan xalqı bu gün böyük zəfərin sevincini yaşayır. Ali Baş Komandanın rəhbərliyi ilə aparılan Vətən müharibəsinin nəticəsi olaraq bu gün işğal altındakı bütün torpaqlarımız Azərbaycan Ordusunun nəzarəti altındadır. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan xalqı artıq hər il 27 sentyabr tarixini Anım Günü, 8 noyabr tarixini isə Zəfər Günü kimi qeyd edəcək. Müzəffər Azərbaycan Ordusunun gücü və qüdrəti dekabrın 10-da keçiriləcək möhtəşəm hərbi paradda bir daha nümayiş etdiriləcək”.
Bunu ifadələri qəzetimizə verdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması prosesinin başa çatdırılmasından sonra, növbəti mərhələdə dövlətimizi və xalqımızı mühüm quruculuq işləri gözləyir: “30 ilə yaxındır məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın öz doğma şəhər və kəndlərinə qayıtmasını təmin etmək üçün işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri görülməlidir. Dövlətimizin iqtisadi qüdrəti, xalqımızın birliyi və həmrəyliyi bu çətin işlərin də öhdəsindən gələcəyimizə şübhə yeri qoymur. Sözsüz ki, dövlət başçısının ətrafında sıx birləşən Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlarımızı yenidən cənnət məkana çevirəcək. İşğaldan azad edilən yurd yerlərimizin çoxsaylı tarixi abidələri, gözəl təbiəti və zəngin iqtisadi potensialı gələcəkdə bu regionun turizm və iqtisadiyyat sahələrinin ölkəmizin şimal və cənub regionları kimi inkişaf edəcəyinə dəlalət edir. Eyni zamanda, yaranmış yeni reallıq tranzit ölkə kimi Azərbaycanın əhəmiyyətini daha da artırır. Belə ki, qərb bölgəmizin inkişaf etdirilməsi, Naxçıvana çəkiləcək yol vasitəsilə Türkiyə ilə quru əlaqələrinin bərpası ölkəmizin həm regionda, həm də dünyada iqtisadi və siyasi cəhətdən aparıcı mövqeyini daha da möhkəmləndirəcək. Bu uğurlu gələcəyə nail olmaq üçün ölkənin hər bir vətəndaşı da öz töhfəsini verəcək”.
Qaşqay
Xəbər lenti
Hamısına baxDünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33

