/ / Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
Cavanşir Paşazadə: Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək
04.03.2021 [08:49]
“Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoyaraq tarixi ədaləti və ərazi bütövlüyünü təmin etdi. 44 günlük müharibədə qazanılan şanlı qələbə sayəsində regionda yeni reallıqlar yaranıb. Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq respublikamızın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə və bu qələbə sayəsində regionda yaranan yeni reallıqlara xüsusi diqqət çəkib, ölkəmizin işğaldan azad olunan ərazilərdə reallaşdıracağı bərpa planından ətraflı bəhs edib. Mətbuat konfransında dövlətimizin başçısı yüksək diplomatik məharət, natiqlik nümayiş etdirib, bütün aktual məsələlərə səlis, məntiqli, faktlar əsasında münasibət bildirib”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, dövlətimizin başçısı mətbuat konfransında insanların öz doğma yurdlarına qayıtması üçün dövlət tərəfindən bütün zəruri addımların atılacağını diqqətə çatdırıb. Ermənilər üç onillik ərzində işğal altında saxladığı ərazilərimizdə ağlasığmaz vandalizm əməlləri törədib. İşğal dövründə torpaqlarımız qeyri-qanuni istismar olunub, təbiətə, xüsusilə də meşələrimizə ciddi ziyan vurulub, mədəniyyət abidələrimiz dağıdılıb, muzeylərimiz talan olunub. İşğaldan azad edilən ərazilərdə bir dənə də olsun salamat bina yoxdur, şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Vəziyyət o dərəcədə acınacaqlıdır ki, ayrı-ayrı şəhərlər işğaldan azad olunarkən orada bayraq sancmağa bir tikili belə tapılmayıb. Eyni zamanda, mənfur düşmən şəhər və kəndlərimizi minalayıb və həmin ərazilərin xəritələrini verməkdən imtina edir. Bu, açıq-aşkar müharibə cinayətidir. Azərbaycan işğaldan azad olunan ərazilərdə dağıntıları aradan qaldırmaq və böyük quruculuq-bərpa işləri həyata keçirmək niyyətindədir. Ölkəmiz Böyük Qayıdış ərəfəsindədir. Böyük Qayıdışın təmin olunması üçün bütün işlər mərhələli və planlı şəkildə həyata keçiriləcək.
Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısının dediyi kimi, Azərbaycan ötən il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla üzərinə düşən vəzifələri tam yerinə yetirir: “Bir müddət əvvəl Prezident İlham Əliyev işğaldan təmizlənən ərazilərə növbəti səfəri çərçivəsində Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması mərasiminə qatılıb. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli Bəyanata əsasən inşa olunacaq bu dəmir yolunun uzunluğu təxminən 100 kilometrə bərabərdir və onun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə, ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gediş-gəlişi, həm də yüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Digər tərəfdən, bəhs olunan nəqliyyat bağlantısı Naxçıvana qədər uzanacaq. Noyabrın 10-da imzalanmış birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq. Bəhs olunan dəmir yolunun regional əməkdaşlıq baxımından da böyük əhəmiyyəti var. Belə ki, perspektivdə dəmir yolu infrastrukturu Naxçıvandan keçməklə Türkiyəyə qədər uzanacaq və beləliklə, Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən keçməklə Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Həmçinin Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə dəmir yolu bağlantısı yaranacaq. Bundan başqa, İran ilə Ermənistan, Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq. Beləliklə, bütün region ölkələri yeni infrastruktur layihəsindən fayda götürəcəklər ki, bunun da sayəsində bölgədə müharibə riski azalacaq”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

