Azərbaycanın və İsveçin xarici işlər nazirlərinin görüşü keçirilib
16.03.2021 [09:56]
Martın 15-də xarici işlər naziri Ceyhun Bayramovun ölkəmizdə işgüzar səfərdə olan İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linde ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyətləri iştirak edib.
Nazir Ceyhun Bayramov qarşı tərəfi salamlayıb, ölkələrimiz arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd edib. O, dövlətlərimiz arasında siyasi dialoqun davamlılığının təmin olunması, yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi, habelə beynəlxalq platformalarda əməkdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Nazir bölgədə olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış, o cümlədən Azərbaycan ərazilərinə terrorçu qrupun göndərilməsi, bu ölkənin hərbçilərini mülki geyimdə Azərbaycan ərazilərinə göndərmək cəhdləri, Azərbaycanın onilliklər ərzində işğal altında saxlanılan ərazilərində geniş minalanmanı həyata keçirən Ermənistanın hazırda mina xəritələrini Azərbaycana verməkdən imtina etməsi və digər məsələlər barədə həmkarına məlumat verib.
Nazir Ann Linde Azərbaycan Respublikasının dövlət başçısı ilə çox yaxşı görüşün keçirildiyini və ətraflı müzakirələrin aparıldığını qeyd edib. O, bölgədə mövcud olan cari vəziyyətdə ATƏT-in töhfə verə biləcəyi məsələlərin müəyyən edilməsinin əhəmiyyətini bildirib.
Nazirlər Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri ətrafında fikir mübadiləsi aparıblar. ATƏT-in hər üç ölçüsü üzrə Azərbaycanın təşkilatla əməkdaşlığı, həyata keçirilən layihələr, gələcək planları müzakirə ediblər.
Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Daha sonra Azərbaycanın və İsveçin xarici işlər nazirlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

