Yeni inkişaf mərhələsində Azərbaycan-ATƏT münasibətlərinin xüsusi önəmi vardır
17.03.2021 [09:31]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də İsveçin Xarici İşlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən onun ölkəmizə səfərini təqdir etmiş və Qarabağ müharibəsindən sonrakı növbəti mərhələdə qarşılıqlı münasibətlərin səmərəli olacağına ümidini ifadə etmişdir: “Sizin səfərinizə böyük əhəmiyyət veririk. ATƏT Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllinə birbaşa cəlb olunmuş təşkilatdır. Beləliklə, indi münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Bu gün sizinlə gələcək işlərin necə qurulması ilə bağlı fikirlərimizi müzakirə etdik. Düşünürəm ki, müharibədən sonra ötən 4 ay artıq hər iki tərəfin səhifəni bağlamaq və diqqəti gələcəyə yönəltmək iradəsini nümayiş etdirir. Bu, çox mühümdür”.
Ölkə rəhbərinin bu yanaşması müstəqillik dövründə ATƏT-lə Azərbaycan arasında 30 ilə yaxın bir müddət ərzində əsasən pozitiv istiqamətdə inkişaf edən münasibətlərdən doğur. Qeyd etmək lazımdır ki, ATƏT Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. Minsk qrupunun, xüsusilə son dövrlər həmsədrlərin Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizama salınması istiqamətində nümayiş etdirdikləri vasitəçilik missiyasının nəticələrinin ölkə ictimaiyyəti tərəfindən mənfi qiymətləndirilməsinə baxmayaraq, 1992-ci ildə Ermənistan tərəfindən yaradılmış bu münaqişənin həlli üçün qurumun göstərdiyi səyləri obyektiv şəkildə dəyərləndirmək lazımdır.
ATƏT-in fəaliyyətində özünü büruzə verən müsbət tendensiyaların təsdiqi olan nümunələrin sayı az deyil. Ermənistan-Azərbaycan münaqişəsinə dair 1994-cü il Budapeşt Sammitinin yekununda “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu məhz Azərbaycanın maraqlarını ifadə edən müddəaları özündə əks etdirir. O zaman forumda çıxış edən Ulu Öndər Heydər Əliyev də bu qurumun Avropada oynadığı rola, onun təkmilləşdirilməsi zərurətinə diqqət yönəldərək onun gələcəkdə rolunun və əhəmiyyətinin getdikcə artacağı barədə inamını bölüşmüşdü. ATƏT-in 1996-cı il Lissabon Sammitində isə ilk dəfə olaraq, Dağlıq Qarabağ problemi xüsusi bir məsələ kimi gündəliyə salınmış və məhz Azərbaycan Respublikasının ərazi bütövlüyü prinsipi əsasında müzakirə olunmuşdur. Bu baxımdan BMT, İƏT, Aİ, Qoşulmama Hərəkatı kimi digər nüfuzlu beynəlxalq və regional qurumlarla bərabər ATƏT-in qəbul etdiyi bu və digər mötəbər sənədlər münaqişənin obyektiv həlli üçün beynəlxalq hüquqi bazanın formalaşmasına mühüm töhfə kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, ATƏT, adından da göründüyü kimi, yalnız Avropa məkanında münaqişələrin həlli ilə məşğul deyil, həm də Vankuverdən Vladivostokadək geniş bir coğrafi ərazini əhatə edən üzv dövlətlər arasında müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq üçün nəhəng beynəlxalq platformadır. Bu mənada, 2000-ci ildə ATƏT-in Bakıda ofisinin açılışını onun Azərbaycana verdiyi önəmin ifadəsi hesab etmək olar. 300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Azərbaycan nümayəndə heyəti ənənəvi olaraq hər il Assambleyanın sessiyalarında fəal iştirak edir.
Qəbul zamanı Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinin bir neçə mərhələsinin keçdiyinə toxunan cənab İlham Əliyev məhz bu məsələni müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi adlandırmışdır: “Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır”.
ATƏT-in fəaliyyətdə olan sədri xanım Ann Linden Azərbaycan Prezidentinin sülh və humanizm prinsiplərinə söykənən müdrik siyasi yanaşmasına münasibətini “Əlbəttə ki, biz ATƏT ərazisində münaqişənin həllinə töhfə vermək üçün nə edə biləcəklərimizi nəzərdən keçirəcəyik. Odur ki, bu kontekstdə, əlbəttə, beynəlxalq hüquq, beynəlxalq insan hüquqları, humanitar qanun, qadınlar, sülh və təhlükəsizlik bizim üçün prioritet məsələlərdir. Hesab edirəm ki, bu məsələlər üzərində birlikdə çalışmaq mümkündür”, - deyə cavablandırmışdır. Dünyanın siyasi və təhlükəsizlik sistemində mühüm rol oynayan, yeni Avropada sivil birgəyaşayış qaydalarını müəyyən edən, ümumavropa təhlükəsizliyi ilə bütün dünyada sülhün və beynəlxalq təhlükəsizliyin qorunması arasında qarşılıqlı əlaqə yarada biləcək, üstəlik də münaqişə zonasında böyük təcrübəyə malik nüfuzlu beynəlxalq təşkilat olan ATƏT-in xoşməramlı missiyasından doğan bu fikirlər belə qənaətə gəlməyə əsas verir ki, yeni siyasi konfiqurasiyanın və inkişaf perspektivlərinin formalaşdığı bu mərhələdə bölgədə sülhə nail olmaq və onun inkişafına dəstək vermək üçün ATƏT-in ciddi niyyəti ortadadır.
Əli Hüseynli,
Milli Məclisin deputatı
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

