/ / Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır
Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır
16.04.2021 [08:58]
Bu günlərdə ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldıqları “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirilməsi bir daha təsdiqləyir ki, ölkəmiz informasiya siyasətində açıqdır və öz həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılmasında maraqlıdır. Xatırladaq ki, dövlətimizin başçısı konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandıraraq 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar və perspektiv əməkdaşlıq imkanları, ölkəmizin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.
Ekspertlər Prezident İlham Əliyevin bəhs olunan konfransda dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin Ona ünvanladıqları sualları əhatəli şəkildə və böyük diplomatik məharətlə cavablandırmasını yüksək dəyərləndirirlər. Bununla bağlı “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə müxtəlif beynəlxalq tədbirlərdə əhatəli çıxışları, natiqlik bacarığı ilə erməni təbliğat maşınının uydurmalarını ifşa edib. “Bir vaxtlar respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması imkanları məhdud idi. İndi vəziyyətin dəyişdiyini söyləmək mümkündür. Müharibədən əvvəl və müharibə dövründə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Dövlət başçımızın Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransı, son olaraq ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşə qatılması, habelə mühüm beynəlxalq platformalarda söylədiyi nitqləri, müzakirələrdə iştirakı aydın göstərir ki, Prezident İlham Əliyev informasiya siyasətinə yeni yanaşma sərgiləyir. Ümumiyyətlə, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub”, - deyə Cavid Osmanov vurğulayıb.
“Son vaxtlar Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və qlobal səciyyə daşıyan təşəbbüsləri BMT və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənir ki, bu da dövlət başçımızın dünya səviyyəli siyasətçi olduğunu təsdiqləyir. Təsadüfi deyil ki, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları peşəkar formada cavablandırmaq bacarığını, dərin məntiqə, intellektə, diplomatik məharətə malik olmasını, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə geniş məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər”. Bu fikirləri isə qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev ifadə edib.
O bildirib ki, istər Vətən müharibəsi dövründə, istərsə də münaqişədən sonrakı mərhələdə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən xarici qüvvələrin yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında çox mühüm rol oynadı. “ADA Universitetində keçirilən tədbir Azərbaycan Prezidentinin diplomatik məharətini, həmişə regionda və dünyada gedən proseslərə obyektiv yanaşma sərgilədiyini bir daha nümayiş etdirdi. Hesab edirəm ki, dövlətimizin başçısının ADA Universitetində keçirilən konfransda verdiyi ciddi mesajlar postmüharibə dövründə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək”, - deyə Rauf Əliyev vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

