Fəzail Ağamalı: Ermənistana qarşı təzyiqlər edilməlidir
24.04.2021 [09:24]
“44 günlük Vətən müharibəsindən sonra Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini təqdim etmir. Məqsəd Böyük Qayıdışa mümkün qədər mane olmaqdır. Eyni zamanda, daha çox mülki azərbaycanlının və hərbçilərin zərər görməsini istəyirlər”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, düşmən bu dəfə də öz mənfur niyyətini gizlədə bilmir. Bu isə insanlığa, bəşəriyyətə qarşı olan bir davranışdır. Bununla bağlı Ermənistana qarşı təzyiqlər edilməlidir.
Onun sözlərinə görə, Ermənistan yenə də öz çirkin ampluasından əl çəkmək istəmir: “Ermənistan 44 günlük müharibədə məğlub olmuş bir dövlət kimi öz üzərinə düşən addımlardan boyun qaçırır. Bu gün Ermənistanda revanşist qüvvələr isə daha radikal mövqedən çıxış edirlər. Onlar hələ də acı məğlubiyyəti qəbul etmək istəmirlər. Minalanmış ərazilərin xəritələrini təqdim etməməyi də başlıca şərt kimi qəbul edirlər. Bununla çalışırlar ki, Azərbaycana mümkün qədər ziyan vursunlar”.
Partiya sədri qeyd edib ki, Ermənistan tərəfi minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verməyə məcbur edilməlidir: “Bunun üçün ATƏT-in, BMT-nin ayrı-ayrı qurumlarının, Avropa Şurasının, Avropa Parlamentinin imkanlarından da maksimum istifadə etmək vacibdir. Çünki Ermənistan həmin beynəlxalq qurumların üzvüdür. Həmin təşkilatların Ermənistana təsiri konkret nəticələr verə bilər”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

