Milli Məclisin növbəti iclası keçirilib
28.04.2021 [09:48]
İclasda Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin seçilməsi haqqında qərar qəbul olunub
Aprelin 27-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda çıxış edən Milli Məclisin Sədri Sahibə Qafarova son günlər səsləndirilən qondarma “erməni soyqırımı” iddialarına münasibət bildirib. Sədr diqqətə çatdırıb ki, 106 il bundan əvvəl ermənilərin guya soyqırımına məruz qaldığı barədə iddia Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasında gərginlik yaradıb. Biz “erməni soyqırımı” uydurmasına siyasi və hüquqi don geyindirmək üçün erməni şovinistlərinin və onların havadarlarının tarixi yenidən yazmaq, faktları saxtalaşdırmaq, yalanı həqiqət kimi qələmə vermək cəhdlərinin dəfələrlə şahidi olmuşuq. Ancaq tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı dövləti ərazisində ermənilərin planlı şəkildə kütləvi məhv edilməsi iddiaları cəfəngiyyatdan başqa bir şey deyildir. Bir sıra tarixçilərin, o cümlədən Amerikalı alimlər Stenford C.Şounun, Castin A.Makkartinin, Bernard Levisin və digərlərinin araşdırmalarından da bu nəticə hasil olur.
Milli Məclisin Sədri onu da xatırladıb ki, Türkiyə dövlətinin qərarı ilə Osmanlı dövrünə aid arxivlər açılıb, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri bu sənədlərlə tanış olmağa dəvət ediliblər. Heç də təəccüblü deyil ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan dövləti və cəmiyyəti hər bir məsələdə olduğu kimi, bu məsələdə də qardaş Türkiyənin yanındadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla sonuncu telefon danışığında bunu bir daha ifadə edib. Cənab Prezident bir daha göstərdi ki, bütün məsələlərdə olduğu kimi, uydurma “erməni soyqırımı” üzərindən Türkiyəyə yönələn kampaniya qarşısında da qardaş ölkənin yanındadır. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələyə dair qəti mövqeyini ifadə edib. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya da birgə bəyanat yayıb.
Milli Məclisin Sədri çıxışında bu günlərdə Ermənistanda olan Fransa Senatının sədri Jerar Larşenin verdiyi birtərəfli və qərəzli açıqlamalara da toxunub. Bildirib ki, bu açıqlamalarda cənab Larşe Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Spiker qeyd edib ki, əgər Fransa Senatının sədri obyektiv və ədalətli mövqe tutsa idi, 30 illik işğal dövründə Azərbaycanın şəhər və kəndlərinin, dini və mədəni abidələrinin Ermənistan tərəfindən yerlə-yeksan edilməsinə, müqəddəs məkanlarımızın təhqir edilməsinə göz yummazdı. Milli Məclisin Sədri Fransa Senatının sədrinin belə bir mövqe tutmaq yerinə, qızışdırıcı bəyanatlar səsləndirməyə üstünlük verməsinə təəssüfünü ifadə edib.
Sonra iclasın gündəliyi qəbul edilib və cari məsələlərin müzakirəsinə başlanılıb. Çıxış edən Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Soltan Məmmədov bildirib ki, aprelin 24-də Ermənistanda səfərdə olan Fransa Senatının sədri Jerar Larşenin kifayət qədər qərəzli və obyektivlikdən tamamilə uzaq açıqlamalarla dolu çıxışı Azərbaycan ictimaiyyətinin dərin təəssüfünə səbəb olub. Azərbaycana qarşı səsləndirilən bu ittihamlar qəbuledilməzdir, Minsk qrupunun həmsədri kimi Fransanın üzərinə götürdüyü öhdəliklərlə qətiyyən uzlaşmır.
Deputat qeyd edib ki, Fransa hökuməti və parlamentinin bəzi üzvlərinin Vətən müharibəsi günlərində nümayiş etdirdiyi ədalətsiz və birtərəfli mövqe Azərbaycan xalqının yaddaşında dərin mənfi iz buraxıb. Xalqımız ötən il Fransa Senatı və Milli Assambleyasının Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarları unutmayıb. Bizi ən çox narahat edən məqam bu cür qərəzli addımların tərəfdaş hesab etdiyimiz ölkə tərəfindən atılmasıdır.
“Gələn il Azərbaycanla Fransa arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunacaq. Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan bu ilin yanvarında Azərbaycanda səfərdə olarkən Prezident İlham Əliyevlə görüşdə birgə mədəni tədbirlərin təşkili ilə bağlı təkliflərlə çıxış etmişdi. Azərbaycan Fransada dünya mədəni irs nümunələrinin qorunması və bərpasına dəyərli töhfələr verib. Bu faktların fonunda Fransa Senatı sədrinin açıqlamaları Azərbaycan xalqının bu ölkəyə onsuz da kövrək olan etimadını bir qədər də sarsıdır. Eyni zamanda, postkonflikt dövründə iki xalq arasında qarşılıqlı dialoq mühitinin formalaşmasına, davamlı sülh və sabitlik formulunun tapılması səylərinə də ciddi zərbədir. Azərbaycan 44 günlük müharibə nəticəsində öz ərazi bütövlüyünü bərpa edib. Fransanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun 30 il ərzində təmin edə bilmədiyi sülhə nail olub”, - deyən deputat qeyd edib ki, Fransa dövlətinin yüksəkvəzifəli şəxsləri 30 ilə yaxın işğal altında qalmış ərazilərdə Azərbaycana məxsus tarixi, dini, mədəni abidələrin məhv edilməsi məsələsini bir dəfə də olsun qaldırmayıblar. Lakin heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edirlər. 1990-cı illərdə və sonrakı dövrdə girov götürülmüş azərbaycanlıların taleyi heç vaxt Fransa siyasətçilərinin diqqətini çəkməyib. Ancaq Azərbaycan ərazisində terror aktları törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı hüquqi əsası olmayan iddialarla çıxış edirlər. Fransa minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı da bu günə qədər heç bir təşəbbüs irəli sürməyib.
S.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan haqlı olaraq ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan Fransadan balanslaşdırılmış, ədalətli mövqe gözləyir. Fransa rəsmilərinin açıqlamaları isə bu ölkənin Azərbaycan ilə Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olmasına çox ciddi şübhələr yaradır.
Həmçinin parlamentin komitə sədri Zahid Oruc, deputatlardan Azər Badamov, Sahib Alıyev, Vahid Əhmədov, Cavid Osmanov, Fazil Mustafa, Əli Məsimli, Elşad Mirbəşiroğlu, Qüdrət Həsənquliyev çıxış edərək ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanata öz münasibətlərini bildiriblər. Millət vəkilləri bu bəyanatı kəskin qınayaraq onu tarixi yalan adlandırıblar. Deputatlar, eyni zamanda, Fransa Senatının sədri Jerar Larşenin Ermənistana səfəri zamanı qərəzli və obyektivlikdən uzaq açıqlamalarını regionda sabitliyə təhdid kimi dəyərləndiriblər. Çıxışlarda Azərbaycanın hər zaman Türkiyənin yanında olduğu qeyd edilib.
Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Parlamentin Sədri Sahibə Qafarova bildirib ki, bu gün 8 məsələ müzakirə ediləcək və ilk iki məsələ Milli Məclisin qərar layihələridir.
Daha sonra Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyin birinci məsələsi - Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi barədə məlumat verib.
Sahibə Qafarova onu da qeyd edib ki, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq Milli Məclisdə heç bir siyasi partiyaya mənsub olmayan deputatların təqdim etdiyi namizədlərdən biri Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə, digər bir namizəd isə azlıq təşkil edən siyasi partiyaların nümayəndələri ilə razılaşdırılıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, demokratik cəmiyyətin əsas hüquqi-siyasi institutlarından biri Mərkəzi Seçki Komissiyasıdır: “Onun fəaliyyəti demokratik əsaslarda təşkil olunub. Hər bir cəmiyyətdə hakimiyyətin müxtəlif seçkili qollarının, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması bilavasitə MSK-ya və Seçki Məcəlləsinə uyğun təyin olunan prosedurlar vasitəsilə reallaşan siyasi hadisədir. Yeni Azərbaycan Partiyasının İdarə Heyəti bir neçə gün əvvəl öz namizədlərini müəyyənləşdirərkən məhz MSK üzvü olacaq namizədlərinin peşəkar keyfiyyətlərini, təcrübələrini və onlara olan ictimai etimadı nəzərə alaraq parlamentin müzakirəsinə təqdim edib”.
Deputat bildirib ki, Azərbaycanda seçkilərin keçirilməsinin özünəməxsus hüquqi ənənələri və tarixi var: “Bu vaxta qədər heç bir halda cəmiyyətin hər hansı institutunun və yaxud beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkilərlə bağlı ciddi şübhələri, iradları olmayıb. Fəaliyyət göstərdiyi müddətdə MSK daxil olan müraciətləri, şikayətləri peşəkarcasına, hüquqa söykənərək araşdırıb. Yəni istər peşəkarlıq və təcrübə baxımından, istər Seçki Məcəlləsinin tələblərinin lazımi səviyyədə yerinə yetirilməsi baxımından, istərsə də müxtəlif siyasi dünyagörüşünə sahib olan MSK kollektivinin idarə olunması və onun işinin yalnız hüquqi əsaslarda səmərəli təşkili baxımından işlər yaxşı təşkil olunub. Əlbəttə, yeni tərkibdə MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi qurumun daxili prosedur işidir. Ancaq əsas məsələ odur ki, biz bu gün bir daha MSK-nın yeni tərkibinin demokratik əsaslarla formalaşdırıldığının şahidi olduq. Çünki yeni tərkib parlament çoxluğunu təşkil edən hakim Yeni Azərbaycan Partiyasının, eyni zamanda, müxalifətin və bitərəflərin nümayəndələrindən təşkil olundu ki, bu özlüyündə bir demokratiya hadisəsidir”.
Parlamentin komitə sədri Siyavuş Novruzov və deputat Sabir Rüstəmxanlı da məsələyə münasibət bildirdikdən sonra qərar layihəsi qəbul edilib.
Mərkəzi Seçki Komissiyasının üzvü Məzahir Pənahov çıxış edərək namizədlikləri irəli sürən tərəflərə və Milli Məclisin üzvlərinə minnətdarlığını ifadə edib. Qeyd edib ki, Azərbaycanda müxtəlif sahələrdə olduğu kimi, seçkilərlə bağlı sahədə də son illər böyük nailiyyətlər əldə edilib. Bu nailiyyətlər, hər şeydən əvvəl, Azərbaycanda əldə edilmiş dayanıqlı ictimai-siyasi stabilliklə bağlıdır. İkinci, seçkilərin demokratik, şəffaf keçirilməsi üçün müasir tələblərə cavab verən hüquqi bazanın yaradılması ilə bağlıdır. Üçüncü, Mərkəzi Seçki Komissiyası da daxil olmaqla otuz mindən artıq Seçki Komissiyası üzvünün öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun həyata keçirməsi üçün yaradılmış nümunəvi şəraitlə bağlıdır. Bütün bu amillər ölkə başçısının təşəbbüsü və birbaşa rəhbərliyi ilə icra strukturları tərəfindən həyata keçirilir və daim diqqətdə saxlanılır. M.Pənahov əminliklə bildirib ki, Mərkəzi Seçki Komissiyası bundan sonra da öz fəaliyyətini qanunvericiliyin tələbləri əsasında, Azərbaycan dövlətçiliyinin və xalqının maraqlarına uyğun şəkildə həyata keçirəcək.
Sonra iclasda növbəti məsələ - İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva məlumat verib.
Diqqətə çatdırılıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Hökumətlərarası təşkilatdır. Yarandığı vaxtdan Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədi daşıyır. 1992-ci ildə daha 7 ölkə - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan bu təşkilata qoşulublar. Təşkilatın fəaliyyətini tənzimləyən əsas sənəd - İzmir Müqaviləsidir. Əsas məqsədləri - iqtisadi əməkdaşlıq, İƏT regionunda ticarətdə məhdudiyyətlərin aradan qaldırılması, digər regionların təcrübəsini və qlobal iqtisadi meyilləri nəzərə alaraq, regiondaxili və regionlararası ticarəti genişləndirməkdir. Qeyd edilib ki, Azərbaycan 2006 və 2012-ci illərdə İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantılarına ev sahibliyi edib.
S.Fətəliyeva qeyd edib ki, cari ilin martın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə İqtisadi Əməkdaşlıq Təşkilatının 14-cü Zirvə toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev bu tədbirdə çıxış edərək ölkəmizin təşkilata üzv dövlətlərlə münasibətinə böyük əhəmiyyət verdiyini qeyd edib. Onun sözlərinə görə, regionda yaranmış yeni reallıq fonunda İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Nizamnaməsinin təsdiqlənməsi və bu qurumun yaradılması xüsusi əhəmiyyət kəsb edir.
Müzakirələr zamanı komitə sədri Musa Quliyev, deputatlardan Vahid Əhmədov, Fəzail Ağamalı, İlham Məmmədov, Aydın Mirzəzadə İƏTPA-nın Nizamnaməsi barədə öz fikirlərini açıqlayıblar.
Sənəd səsə qoyularaq qəbul edilib.
Sonra “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə” və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlara dəyişiklər üçüncü oxunuşda, “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişikliklər ikinci oxunuşda, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər ikinci oxunuşda qəbul olunub.
Sonra Spiker Sahibə Qafarova bildirib ki, gündəliyin son iki məsələsi mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Arıçılıq haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib.
Qeyd olunan qanun layihələri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 saylı Fərmanının icrasını təmin etmək məqsədilə hazırlanıb.
Müzakirələr zamanı çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu intihar hallarının artması ilə bağlı narahatlığını ifadə edib: “Təəssüf ki, intiharla bağlı xəbərləri tez-tez eşidirik. Az qala bu, ənənə halını alıb. Bu gün də intiharla bağlı xəbər oxudum və çox sarsıldım”.
Deputat bildirib ki, yeniyetmələrimizdə baş verən psixo-emosional vəziyyətin araşdırılıb öyrənilməsi və ona qarşı mübarizə aparılması üçün Səhiyyə Nazirliyinin təşəbbüsü ilə psixoloqlardan, sosioloqlardan ibarət komissiya yaradılmalıdır.
“Dövlət başçısının Sərəncamı ilə Səhiyyə naziri vəzifəsini icra edən nazirin birinci müavini təyin olunub. Düşünürəm ki, nazirlik tərəfindən belə bir komissiya yaradılmalıdır. Biz öyrənməliyik ki, intiharların səbəbləri nədir: ailədir, cəmiyyətin müxtəlif institutlarıdır, yoxsa internet resurslarıdır? Biz intihar hallarının səbəblərini tapmalı, ona qarşı mübarizə aparmalıyıq. Bu, çox ciddi məsələdir və gənc nəslin psixoloji əhval-ruhiyyəsinə təsir edən faktdır. Eyni zamanda, gələcəyimizi təhdid edən məsələdir”.
Müzakirələrdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45

