Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Cəlal Allahverdiyev: Bu, ermənilərin tarixin saxtalaşdırılması və yaxud “tarixin yenidən yazılması” cəhdlərinə dəstək verməkdir

Cəlal Allahverdiyev: Bu, ermənilərin tarixin saxtalaşdırılması və yaxud “tarixin yenidən yazılması” cəhdlərinə dəstək verməkdir

28.04.2021 [13:14]

“ABŞ Prezidenti Co Baydenin 1915-ci il olayları ilə bağlı mövqeyi ermənilərin tarixin saxtalaşdırılması və yaxud “tarixin yenidən yazılması” cəhdlərinə dəstək verməkdir. Burada regionun və dünyanın aparıcı dövləti kimi gündən-günə nüfuz qazanan Türkiyə Cümhuriyyətinə siyasi təzyiq məqsədi üçün qondarma “erməni soyqırımı” məsələsindən istifadə olunmasını da nəzərdən qaçırmaq olmaz”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, filoloğiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev deyib. 
C. Allahverdiyevin sözlərinə görə, ABŞ dövlət başçısının Türkiyəyə qarşı olan bu münasibəti əslində bütün Türk dünyasına yönəlmiş addımdır və qətiyyən qəbuledilməzdir: “Uzun illər ABŞ rəhbərliyində təmsil olunan siyasətçilər seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün qondarma “erməni genosidi” məsələsindən hakimiyyətə gəlmək məqsədilə istifadə ediblər. Düzdür, bir çox hallarda dölət başçısı seçilən şəxslər ermənilərə verdikləri vədə baxmayaraq, ABŞ-ın dövlət və milli maraqlarından çıxış edərək “genosid” ifadəsini işlətməyiblər. Amma bundan öncə ABŞ hakimiyyətində dəfələrlə yüksək vəzifələrdə çalışmış C.Baydenin bu dəfə erməniləri qane edən mövqe sərgiləməsi “genosid”in Türkiyəyə qarşı siyasi məqsədlər üçün istifadə cəhdindən xəbər verir”. 
“Görünən odur ki, bu gün Türkiyənin bütün dünyada artan nüfuzu erməni lobbisi kimi, onlara xidmət edən C.Baydeni və ermənipərəst dairələri həddindən artıq narahat edir. Erməni saxtakarlarının tarixi təhrif etmək siyasətinə ABŞ Prezidentinin alət olması acı təəssüf doğurur. Buna görə də 300 milyonluq Türk dünyası ona qarşı hesablanmış bu cəhdlərdən nəticə çıxarmalı, öz mövqeyini və strategiyasını müəyyənləşdirməlidir”, - deyə C. Allahverdiyev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Paylaş:
Baxılıb: 658 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31