Araz Əzimov: Azərbaycanla Ermənistan arasında heç bir məsələ tam razılaşdırılmayıb
15.05.2010 [08:34]
APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. A.Əzimov bildirib ki, birinci mərhələ başlayıb qurtaracaqsa, qalan torpaqların boşaldılmasının da dəqiq vaxtı bilinməli, razılaşdırılmalıdır: “Yəni davamı olaraq nə vaxt, nə müddətə, nə zaman, hansı torpaqların, necə boşalacağı razılaşdırılmalıdır”.
“Ermənistanla 5 rayonun qaytarılması ilə bağlı razılaşma varmı” sualının cavabında nazir müavini Ermənistanın heç bir formada məsuliyyətdən qaça bilməyəcəyini, istəyindən asılı olmayaraq, torpaqları mütləq boşaldacağını vurğulayıb: “Ancaq heç bir məsələ tam razılaşdırılmayıb. Ermənistan hansı məsələyə razılıq verib, Azərbaycan hansı məsələ ilə razılaşıb formasında danışmaq düzgün deyil. Məsələlər razılaşdırılır, bu, mərhələ-mərhələ aparılır. Məsələn, birinci mərhələdə 5+1+1, yəni, 5 rayon + Laçın yolu + sərhəd - formulu üzrə razılaşırıqsa, sonrakı mərhələnin neçə ilə, neçə aya başa çatacağı, ondan sonra nə olacağı, azərbaycanlıların Qarabağa nə vaxt qayıdacaqları müəyyənləşməlidir. çünki bu, Azərbaycan üçün çox prinsipial məsələdir. Əgər azərbaycanlılar Qarabağa qayıtmayacaqlarsa, ümumiyyətlə Azərbaycan bu problemin həllinə baxa bilməz. Azərbaycanlılar Qarabağa qayıtmalıdırlar. Bu, ən konseptual məsələdir. çünki ərazi bütövlüyü çərçivəsində Qarabağ regionunun gələcək statusunu müəyyənləşdirmək istəyiriksə, azərbaycanlılar mütləq bu prosesdə iştirak etməli, mütləq oraya qayıtmalıdırlar”.
A.Əzimovun fikrincə, Azərbaycanın konstruktivliyi ondan ibarətdir ki, Dağlıq Qarabağın yekun statusu müəyyənləşdirilənə qədər hər iki icma arasında müvəqqəti razılıqlar əldə edilsin: “Bu icmalar üçün azadlıqlar, hərəkət azadlığı, iqtisadi əməkdaşlıq, iqtisadi, mədəni fəaliyyət və digər imkanlar təmin olunsun. Azərbaycan hökuməti Qarabağda iqtisadi fəaliyyətə başlamağa hazırdır. Lakin torpaqlar azad olunmalı, yollar açılmalı, kommunikasiya bərpa olunmalı, həm də erməni icmasını müvəqqəti hüquqi statusu olmalıdır ki, Azərbaycan hökuməti onlarla əməkdaşlıq edə bilsin. Ordakı azərbaycanlı icması da eyni dərəcədə bərabər hüquqlar əsasında eyni azadlıqlarla təmin olunmalıdır. Azərbaycanın prinsipləri budur”.
Xəbər lenti
Hamısına baxGündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32

