/ / Sabir Hacıyev: Azərbaycanın yalnız regionda deyil, bütün dünyada nüfuzu və rolu artan dövlət olması birmənalı olaraq qəbul edilir
Sabir Hacıyev: Azərbaycanın yalnız regionda deyil, bütün dünyada nüfuzu və rolu artan dövlət olması birmənalı olaraq qəbul edilir
27.05.2021 [09:28]
“Ölkəmizin uzunmüddətli müşahidə edilən inkişaf dinamikası və hazırda Cənubi Qafqaz regionunda yaratdığı reallıqlar Azərbaycanın dünyada nüfuzunun artmasına, beynəlxalq münasibətlərdə mühüm rol oynamasına xüsusi töhfə verib”. Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Onun sözlərinə görə, 28 May - Respublika Günü münasibətilə xarici ölkə başçıları tərəfindən Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının məzmununa diqqət yetirdikdə, Azərbaycan Prezidentinin dünyada yüksək nüfuza malik olmasının, Onun fəaliyyətinə verilən yüksək qiymətin şahidi oluruq. Bu məktublarda, həmçinin Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol və dünyadakı nüfuzu bir daha ortaya qoyulur: “Məsələn, ABŞ Prezidenti Cozef Baydenin Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən ötən 30 il ərzində iki ölkə arasında təhlükəsizlik, enerji və demokratik idarəetmə sahələrində əməkdaşlığın inkişafı xüsusi olaraq qeyd edilib. Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda da bütün sahələrdə sürətli tərəqqiyə nail olmuş ölkəmizin yüksək nüfuzu vurğulanr. Onun Çin-Azərbaycan münasibətlərində fəal inkişaf dinamikasının müşahidə olunmasından, ölkələrimizin hər iki tərəfin maraqlarına aid əsas məsələlərdə bir-birini dəstəkləməsindən və “Bir kəmər, bir yol” müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığından bəhs etməsi Azərbaycanın ikitərəfli münasibətlərdə yürütdüyü siyasətin düzgünlüyünə dəlalət edir”.
Millət vəkili onu da əlavə edib ki, dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə ölkəmizin gördüyü işlər müsbət qiymətləndirilir: “Ölkəmizin COVID-19 pandemiyasına qarşı birgə mübarizədə nəzərəçarpacaq nəticələr əldə etməsini, xarici ölkələrlə Azərbaycanın birgə səylərini və COVID-19-la qlobal mübarizəyə verdiyi töhfələrini ÇXR Sədri Si Cinpinlə yanaşı, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer də xüsusi olaraq qeyd edib”.
S.Hacıyevin sözlərinə görə, qeyd edilənlərdən belə bir nəticəyə gəlmək olur ki, Azərbaycanın yalnız regionda deyil, bütün dünyada nüfuzu və rolu artan dövlət olması birmənalı olaraq qəbul edilir: “Bununla da müstəqilliyinin 30 illiyi ərəfəsində Azərbaycanın bütün sahələrdə sürətli tərəqqiyə nail olan, öz milli maraqlarının müdafiəsində və tarixi ədalətin bərpa edilməsində uğur qazanan dövlət olduğu təsdiq edilir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

