/ / Hikmət Babaoğlu: Azərbaycanın unikal tərəfdaşlıq platformaları yaratması Prezidentə ünvanlanan məktublarda xüsusi vurğulanır
Hikmət Babaoğlu: Azərbaycanın unikal tərəfdaşlıq platformaları yaratması Prezidentə ünvanlanan məktublarda xüsusi vurğulanır
27.05.2021 [09:39]
“Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu ardıcıl olaraq artmaqdadır. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan Prezidenti Cənubi Qafqaz kimi mürəkkəb və çətin bir regionda ümumi maraqlara xidmət edən unikal tərəfdaşlıq platformaları yarada bilib. Bu isə ölkəmizin strateji məsələlərdə rolunu daha da artırır. Diqqət etsək, görəcəyik ki, artıq uzun illərdir həyata keçirilən enerji layihələri Qərbin enerji təhlükəsizliyi üçün mühüm strateji alternativə çevrilib. Buna paralel olaraq yeni nəqliyyat kommunikasiyaları yaradılıb, Böyük İpək yolunun orta dəhlizi üçün Bakı- Tbilisi - Qars dəmir yolunun timsalında əlverişli və təhlükəsiz nəqliyyat rabitəsi təmin edilib”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, Cənub Qaz Dəhlizi ayrıca bir tarixi hadisə olmaqla XXI əsrin müqaviləsi hesab edilir: “Bütün bunlar yalnız enerji sahəsində Azərbaycanın yaratdığı strateji reallıqlardır. Bundan başqa, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarda təmsil olunmaq və onlara rəhbərlik etmək təcrübəsində də yeni reallıqlar yaratmağı, təşəbbüskar olmağı bacarıb. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi bu təşkilata rəhbərlik edərkən beynəlxalq hüququn təmin edilməsi, dövlətlərin ərazi bütövlüyünün qorunması, aqressiya və təcavüzün qarşısının alınması kimi mühüm təşəbbüslərlə çıxış edib”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatının rəhbəri kimi qlobal pandemiya başlayandan bəri çoxsaylı tədbirlər həyata keçirib, hətta mövzu ilə bağlı BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsinə nail olub: “Ölkəmiz inkluzivlik, bərabərlik, COVID-19-a qarşı birgə mübarizə üçün ortaq resursların səfərbər edilməsinin təşkili istiqamətində mühüm addımlar atıb. Eyni zamanda, ikitərəfli münasibətlərdə ayrı-ayrı ölkələrlə və beynəlxalq təşkilatlarla nümunəvi tərəfdaşlıq platformaları yaradıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyətinin daim diqqət mərkəzində olmasını və təqdir edilməsini şərtləndirib. Ona görə də 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidentinin ünvanına gələn təbrik məktublarının məzmununda bu strateji məsələlər və onların öz həllini tapmasında Prezident İlham Əliyevin rolu xüsusilə vurğulanır. Bu isə xalqımız və dövlətimiz adına hər birimizdə qürur yaradır”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

