/ / Fəzail Ağamalı: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət alır
Fəzail Ağamalı: Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət alır
08.06.2021 [09:04]
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işləri getdikcə daha geniş vüsət alır. Artıq bütün dünya bu torpaqlarda 30 il davam edən işğal dövrü ərzində erməni qəsbkarlarının törətdikləri misli görünməmiş vandalizm aktlarının əsl miqyasını və acı nəticələrini görür. Lakin bu talançılığın nəticələri nə dərəcədə dağıdıcı, miqyası nə qədər böyük olsa da, Azərbaycan dövlətinin həmin ərazilərdə apardığı quruculuq işlərinin həcmi bundan qat-qat artıq olacaq”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə ardıcıl səfərləri də bu işlərin ən yüksək səviyyədə həyata keçirildiyinin və xüsusi diqqət mərkəzində saxlanıldığının bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin gedişi həmin bölgələrdə tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqəsi modellərinin təqdim olunacağını deməyə əsas verir.
AVP sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin mayın 28-də Ağdama səfəri zamanı bu şəhərin Baş Planının təqdimatı olub: “Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plandır. Həmçinin səfər zamanı Ağdam şəhəri 1 saylı orta məktəbinin, Ağdam Sənaye Parkının təməli qoyulub. Dövlətimizin başçısının çıxışlarında bəyan etdiyi kimi, bütün Qarabağ bölgəsinin “yaşıl enerji” zonası olacağı və bu ərazilərdə bütün şəhərlərin “Ağıllı şəhər” konsepsiyası əsasında qurulacağı barədə qərar verilib. Həmçinin Ağdamda start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar deməyə əsas verir ki, tezliklə bütün dünya Azərbaycanın təqdimatında tamamilə yeni tipli yaşayış məntəqələri və iqtisadi zona modellərini müşahidə etmək imkanı əldə edəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30

