/ / Milli Məclisin nümayəndə heyəti Budapeştdə Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə görüşüb
Milli Məclisin nümayəndə heyəti Budapeştdə Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu ilə görüşüb
01.07.2021 [09:44]
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Budapeştdə səfərdə olan parlament nümayəndə heyəti iyunun 29-da Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədrini və nümayəndə heyətinin üzvlərini salamlayan Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki bu səfərin parlamentlərarası münasibətlərin inkişafına dəyərli töhfə verəcəyindən əminliyini bildirib. Diqqətə çatdırıb ki, parlamentlər arasındakı münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsində mühüm rol oynayır. Bu sahədə parlamentlərarası dostluq qrupları xüsusi əhəmiyyətə malikdir. Pandemiya bitdikdən sonra qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyindən danışan dostluq qrupunun rəhbəri hər iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda yaxın əməkdaşlığından, bir-birini dəstəkləməsindən məmnunluğunu ifadə edib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan Macarıstanla mövcud parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisdə Macarıstanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. İnanıram ki, deputatlarımız bu əməkdaşlıq ənənəsini beynəlxalq parlament təşkilatları çərçivəsində də bundan sonra da davam etdirəcəklər. S.Qafarova Macarıstanın müşahidəçi statusuna sahib olduğu TÜRKPA - parlament ölçüsü də daxil olmaqla, Türk dünyası ilə artan əməkdaşlıq tendensiyasından məmnunluğunu bildirib. Qeyd edib ki, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərimiz arasındakı qarşılıqlı dəstək və tərəfdaşlıq ölkələrimizin mövqelərinin möhkəmlənməsinə xidmət etməyə davam edəcək.
Sahibə Qafarova Macarıstan hökumətinə, macarıstanlı deputatlara 44 günlük Vətən müharibəsi dövrü də daxil olmaqla, Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiklərinə görə təşəkkürünü bildirib. Müharibənin artıq başa çatdığını diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma proqramına başlayıb. Tərəflər 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla bütün məsələləri həll etmək barədə razılığa gəlsələr də, Ermənistan azad olunmuş torpaqlarımızdakı minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir. Müharibə bitdikdən sonra mina partlayışı nəticəsində yaralanan, həlak olan jurnalistlər, hərbi qulluqçular və mülki şəxslər var.
Sonra görüşdə dostluq qruplarının üzvləri - Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitə sədri Ziyafət Əsgərov, deputatlar - Kamilə Əliyeva, Asim Mollazadə, Elman Nəsirov, Macarıstan tərəfindən Pal Zsigmond-Barna, Csaba Gyüre, Laszlo B. Nagy, Gergely Farkas və Zsolt Csenger çıxış edərək ölkələrimiz arasında münasibətlərin mövcud vəziyyəti, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında rolu və digər məsələlər haqqında fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

