Sabir Hacıyev: Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlər yüksək səviyyədədir
10.07.2021 [09:30]
“Avropa İttifaqının (Aİ) Azərbaycanla əməkdaşlığın inkişafında böyük əzm nümayiş etdirməsi, qurumun ölkəmizin regionun lider dövləti kimi bölgədə oynadığı rola yüksək qiymət verməsi təqdirəlayiq haldır”.
Bu fikri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyinin Azərbaycana səfəri və səfərlə bağlı təəssüratlarını bölüşməsi qurumla ölkəmiz arasında münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir: “O.Varhelyinin Azərbaycanın regionda ən çiçəklənən ölkə olmasını xüsusi vurğulaması mühüm əhəmiyyət kəsb edir. Komissar, həmçinin qeyd edib ki, Azərbaycan iqtisadiyyatı pandemiyanın mənfi təsirlərinə məruz qalmayıb və böhrandan cüzi əziyyət çəkib. Bu kimi faktlar, o cümlədən Azərbaycanın iqtisadi gücü və maliyyə imkanlarının geniş olması qurumla ölkəmiz arasında əlaqələrin inkişafını Aİ-nin maliyyə yardımı nöqteyi-nəzərindən deyil, məhz əməkdaşlığın möhkəmləndirilməsi prizmasından qiymətləndirməyə imkan verir”.
Komissarın Bakıya səfəri çərçivəsində Aİ və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq kimi strateji məsələlərin müzakirə edildiyini də xatırladan S.Hacıyev deyib ki, Azərbaycan Avropa İttifaqının güclü tərəfdaş ölkəsidir: “O.Varhelyinin səfər çərçivəsində keçirdiyi görüşlərdə və səfərdən sonrakı təəssüratlarında Azərbaycanın nəqliyyat-tranzit infrastrukturun yüksək qiymətləndirməsi, Xəzər dənizindən Qara dənizə və Avropaya gedən ticarət yolları üzərində yerləşən Azərbaycanın bu əlaqələrin inkişafında, ticarət marşrutlarının diversifikasiyası və optimallaşdırılmasında mühüm rolunu xüsusi vurğulaması qurumun ölkəmizə yüksək dəyər verdiyini sübut edir. Eyni zamanda, Aİ-nin müharibənin nəticələrinin aradan qaldırılmasına və regionda uzunmüddətli sülhə töhfə verməyə hazır olduğunu nümayiş etdirməsi Azərbaycan və Avropa İttifaqı arasında tərəfdaşlığın perspektivi baxımından xüsusi önəm kəsb edir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

