Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşada səfərdə olublar
30.07.2021 [08:57]
İyulun 29-da Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysər və rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Şuşadakı Saatlı məscidinə gəliblər. Onlara məlumat verilib ki, bu məscid Ermənistanın işğalı dövründə Qarabağdakı digər məscidlər, dini və mədəni abidələr kimi dağıdılıb. Hazırda məsciddə yenidənqurma və bərpa işləri aparılır.
Sonra parlament sədrləri Şəhər meydanına gedərək orada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi Şuşa Bəyannaməsini imzaladıqları yerlə tanış olublar. Qeyd edilib ki, bu sənəd iki qardaş və dost ölkə olan Azərbaycanla Türkiyə arasında əməkdaşlığın bütün sahələrini əhatə etməklə münasibətlərimizi ən yüksək zirvəyə qaldırır.
Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin önünə gəliblər. İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Daha sonra qonaqlar Xurşidbanu Natəvanın ermənilər tərəfindən dağıdılmış saray kompleksinə baxıblar. Məlumat verilib ki, lirik şeirlər müəllifi olan Natəvanın evi Şuşa Ermənistan tərəfindən işğalınadək şəhərin memarlıq baxımından özünəməxsus tikililərindən hesab edilirdi. Natəvanın evi şəhərin ən gözəl binalarından biri olub və tikililər içində xüsusilə seçilib. 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra Natəvanın evi ermənilər tərəfindən məqsədyönlü şəkildə dağıdılıb.
Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər və parlament nümayəndə heyətləri Şuşa Qala divarları ilə tanışlıqdan sonra Aşağı və Yuxarı Gövhərağa məscidlərini ziyarət ediblər.
Sonra parlament nümayəndə heyətləri Cıdır düzündə olublar. Burada 3 ölkənin parlament rəhbərləri xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

