Əli Kərimli sosial şəbəkələrdə anti-Azərbaycan dairələrin təbliğatçısı kimi...
14.08.2021 [00:19]
2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasının, Azərbaycanın qələbəsinin rəsmiləşməsinin, Ermənistanın kapitulyasiyasının ardınca sosial şəbəkələrdə çirkin təbliğat apararaq qələbəmizin əhəmiyyətini azaltmağa çalışan AXCP sədri Əli Kərimli yenidən iş başındadır. Belə ki, özünü radikal düşərgənin “başbilən”i hesab edən AXCP sədri münaqişənin tarixdə qalmasını, Azərbaycanın torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etməsini sindirə bilmir. Təbii ki, Əli Kərimlinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərə kölgə salmaq üçün göstərdiyi cəhdlərin anti-Azərbaycan dairələrin sifarişi ilə edildiyi gün kimi aydındır. Digər tərəfdən, indiki həssas məqamda AXCP sədrinin erməni tezislərinə əsaslanaraq belə bir çirkin təbliğat qurmaq arzusu onun anti-Azərbaycan dairələrdən qidalandığını da bir daha üzə çıxarır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, radikal müxalifətin Azərbaycan dövlətinə qarşı apardığı cılız kampaniyalar fiaskoya məhkumdur. Millət vəkili özünü “müxalifət” adlandıran, amma “beşinci kolon” funksiyasını yerinə yetirən dağıdıcı ünsürlərin ermənipərəst mərkəzlərin sifarişi ilə Azərbaycan dövlətinə qarşı qara piar kampaniyası apardıqlarını diqqətə çatdırıb: “Radikal müxalifət sosial şəbəkələrdə erməni maraqlarını müdafiə etməklə məşğuldur. Diqqət yetirsək, görərik ki, hətta ermənilərin 44 günlük müharibə və onun nəticələri ilə bağlı aylardır sosial şəbəkələrdə yaymağa çalışdıqları dezinformasiyaların mahiyyəti onların iddiaları ilə mütləq şəkildə uzlaşır. Bu, bir daha onların dövlət, xalq maraqlarına düşmən kəsildiklərini fakt olaraq ortaya qoyur, ölkəmizə qarşı aparılan yalan, böhtan kampaniyalarında yer aldıqlarını təsdiqləyir. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”.
Milli Məclisin deputatı Ramin Məmmədov da qeyd edib ki, radikal müxalifətin və xaricdəki uzantılarının hətta tarixi Zəfərimizə qarşı sosial şəbəkələrdə qaralama kampaniyaları aparmaq cəhdləri bir daha onların əsl simasını Azərbaycan cəmiyyətinə göstərmiş oldu. Millət vəkilinin fikrincə, 44 günlük Vətən müharibəsi dövründə də xalqla və dövlətlə bir yerdə olmağı bacarmayanlar öz korporativ maraqlarını milli maraqlardan üstün tuturlar: “Bütün hallarda Əli Kərimli və dağıdıcı düşərgənin digər təmsilçiləri zehinlərinə yeritməlidirlər ki, Azərbaycan münaqişəni həll edib, ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Hazırda işğaldan azad edilmiş regionların çiçəklənməsi, dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər görülür. Hansısa sərsəm iddialarla, yalanlarla xalqı aldatmaq olmaz”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25

