Sabir Hacıyev: Bu, son zamanlar Ermənistanda baş qaldıran revanşist qüvvələrə ciddi mesajdır
18.08.2021 [14:02]
“Kəlbəcər və Laçın rayonlarının genişmiqyaslı döyüşlər və çoxsaylı itki olmadan azad edilməsi Azərbaycan Prezidentinin diplomatik məharəti, Azərbaycan Ordusunun gücü, uğurlu hərbi əməliyyatların nəticəsidir”.
Bu fikri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı, Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev deyib.
Partiya sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Laçın və Kəlbəcər rayonlarına səfəri zamanı səsləndirdiyi fikirlərdə Vətən müharibəsində əldə edilmiş tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində bənzəri olmayan qələbə kimi dəyərləndirilir: “Azərbaycan Prezidenti qalib Ordunun Ali Baş Komandanı kimi hazırkı hərbi-siyasi vəziyyəti dəyərləndirib. Dövlət başçısının “Ermənistan ordusunu məhv edərək qayıtdıq, Ermənistan faşizminin başını əzərək qayıtdıq, erməni cəlladlarını cəzalandıraraq qayıtdıq, şəhidlərimizin qanını alaraq qayıtdıq. Qayıtmışıq, bu gün burada durmuşuq və əbədi duracağıq!” sözləri Azərbaycan Prezidentinin qətiyyəti, siyasi və hərbi-strateji şəraitin tam Azərbaycanın nəzarətində olmasının təsdiqidir. Eyni zamanda, bu, son zamanlar Ermənistanda baş qaldıran revanşist qüvvələrə ciddi mesajdır”.
“Digər tərəfdən, dövlət başçısı çıxışında çox düzgün qeyd etdi ki, Kəlbəcər hərbi əməliyyatlar bitdikdən sonra boşaldılsa da, burada müharibənin taleyini həll edən döyüşlər olub. Belə ki, Vətən müharibəsinin ilk günlərində Murov dağı və ətraf yerlərdəki strateji yüksəkliklərin azad olunması düşmənin hərəkətlərini məhdudlaşdırıb. Yeri gəlmişkən, Kəlbəcərin 1993-cü ildə işğalı 1992-ci ildə Şuşa və Laçının AXC-”Müsavat” cütlüyünün xəyanəti nəticəsində itirilməsinin məntiqi sonluğu olub. Belə ki, 1992-93-cü illərdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi, bacarıqsızlığı və xəyanətinin nəticəsi olaraq pərakəndə silahlı dəstələrin nəzarətdən çıxması, nizami ordunun qurulmaması doğma torpaqlarımızın bir neçə gün ərzində düşmən tapdağına düşməsinə və 30 ilə yaxın işğal altında qalmasına səbəb olub”, - deyə S.Hacıyev bildirib.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16

