Ermənistanda ictimai-siyasi gərginlik davam edir
28.08.2021 [12:43]
44 günlük müharibədə Azərbaycanın qarşısında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanda daxili gərginlik ictimai-siyasi xaosun dərinləşməsini şərtləndirir. Parlamentdə baş verən olaylar, hakimiyyətlə müxalif qüvvələr arasında ixtilafların artması, ziddiyyətlərin dərinləşməsi məğlub ölkədə xaotik vəziyyətin hökm sürdüyünü göstərir.
Ekspertlər qeyd edirlər ki, Ermənistanda hazırkı şəraitdə ziddiyyətlərin artmasını şərtləndirən ictimai-siyasi böhran bir neçə istiqamətdə özünü göstərir. Bunlardan birincisi hakimiyyətdaxili gərginlikdir. Hakim komandada kadr təyinatları ilə bağlı narazılıqların olması və ziddiyyətlərin dərinləşməsi müşahidə olunur. İctimai-siyasi böhran, həmçinin ictimai narazılıqların fonunda vətəndaş itaətsizliyində özünü göstərir. Xüsusilə də, həm sosial-iqtisadi, həm də digər bir çox məsələ ilə əlaqədar keçirilən etiraz aksiyaları səngimir. Digər tərəfdən, iqtidarla müxalifət arasında gərginliyin hər keçən gün daha da artması müşahidə edilir ki, bu da məğlub ölkənin sabitlikdən, vətəndaş həmrəyliyindən çox uzaq olduğunu təsdiqləyir.
Bütün bunların fonunda Ermənistanda sosial-iqtisadi tənəzzül də davam edir. Ekspertlər qeyd edirlər ki, bu ölkə sosial-iqtisadi problemləri aradan qaldırmaq üçün kifayət qədər gücə və potensiala malik deyil. Bu isə vəziyyətin acınacaqlı olduğunu göstərir. Paralel olaraq Ermənistanda miqrasiya dalğası ilə bağlı yeni həyəcan təbili çalınır. Bu ölkə KİV-i yazır ki, siyasi xaos və iqtisadi böhran içində olan Ermənistanı tərk edənlərin sayı sürətlə artır. Erməni KİV-nin məlumatına əsasən, miqrasiya göstəriciləri dövət qurumlarının ifadə etdikləri rəsmi rəqəmlərdən qat-qat çoxdur.
Əlbəttə, dərin siyasi böhran və iqtisadi tənəzzüllə qarşı-qarşıya olan Ermənistanın yeganə çıxış yolu təxribatçı mövqedən əl çəkmək, konstruktiv yanaşma ortaya qoyaraq Azərbaycanın yaratdığı yeni geostrateji imkanlardan faydalanmaqdır. Ona görə də 44 günlük müharibədə Azərbaycanın qarşısında ağır məğlubiyyətə uğrayan Ermənistan mövcud reallıqlardan ciddi dərs almalı və nəticələr çıxarmalıdır. Daha dəqiq desək, bu ölkənin hərbi-siyasi rəhbərliyi reallıqları düzgün qiymətləndirməli, yeni gerçəkliklərə adekvat davranış sərgiləməli, regional təhlükəsizliyə təhdid yaradan hərəkətlərdən və dağıdıcı iddialardan əl çəkməlidir. Əks halda, məğlub ölkə yeni faciə və fəlakətlərlə üzləşəcək.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

