“İkinci soyuq müharibə”- bu, mövqelərin qorunması savaşıdır
20.10.2021 [11:28]
Qərbin Rusiyaya yönəlik aqressiv addımlarına Moskva belə cavab verdi
Xarici mətbuatın məlumatına əsasən, Rusiyanın NATO-dakı nümayəndəliyinin və NATO-nun Moskvadakı informasiya bürosunun fəaliyyəti dayandırılacaq. İnformasiya mənbələrində qeyd olunur ki, rəsmi Moskva bu qərarı Şimali Atlantika Alyansının Rusiyanın təşkilatdakı daimi nümayəndəliyi əməkdaşının akkreditasiyasının geri çağırılması ilə əlaqədar addımına cavab olaraq verib. Ekspertlər isə qeyd edirlər ki, bu qarşılıqlı addımlar – həmlələr, əslində, birbaşa ABŞ-Rusiya münasibətlərində siyasi gərginliyinin növbəti fazasıdır. Hətta bu dinamikanı “İkinci soyuq müharibə” kimi səciyyələndirənlər də var.
Ümumiyyətlə, yaxın dönəmin siyasi mənzərəsini analiz etdikdə görürük ki, Vaşinqton-Moskva münasibətləri 2014-cü ildən etibarən "İkinci soyuq müharibə" mərhələsinə qədəm qoyub. 2018-ci ildən isə hər iki ölkə qarşı tərəfin bir sıra siyasi xadimləri və biznesmenlərini daxil etdiyi "qara siyahı" tərtib edib. Beləliklə, tərəflər arasında siyasi konfrontasiya elementlərini təşkil edən bu hallar münasibətlərdə yaxınlaşmanın qarşısını alan, gərginliyi artıran faktorlardan birinə çevrilib.
Ötən müddət ərzində, həmçinin bəhs olunan güc mərkəzlərinin qlobal strateji rəqabətində yeni situasiya formalaşıb. Bu, tərəflərin bir-birini müəyyən geoiqtisadi və geosiyasi güzəştlərə məcbur etmək cəhdi ilə müşahidə olunur. Ekspertlərin qənaətinə əsasən, Qərb blokunun Rusiyaya yönəlik aqressiv və geosiyasi pressinq xarakterli strateji addımlarına Moskvanın cavab həmlələri kəskin - gərgin strateji rəqabətin və mübarizənin ifadəsidir. Bu, əsas etibarilə, tərəflərin ənənəvi təsir dairələrində - zonalarında mövqelərinin qorunması savaşıdır.
Yeni mərhələdə Birləşmiş Ştatların Avropa İttifaqı ilə əlaqələrinin genişləndirilməsi və NATO-nun gücləndirilməsi cəhdləri də Rusiya tərəfindən diqqətlə izlənilir və yeni proseslərə təkan verir. Rusiyanın sərhədlərində NATO-nun varlığının artırılması, bu alyansın mövqeyinin möhkəmləndirilməsi istiqamətində atılan addımların fonunda Qafqaz regionunda, Mərkəzi Asiya və Yaxın Şərqdə hərbi-siyasi mübarizənin şiddətlənəcəyi gözlənilir. Paralel olaraq Rusiya-Çin geoiqtisadi işbirliyinə qarşı ABŞ-Avropa İttifaqı iqtisadi-enerji əməkdaşlıq platformasının şaxələndiriləcəyi də proqnozlaşdırılır.
Əlbəttə, iki ölkənin rəsmiləri bəzi məsələlər ətrafında dialoq platformasının yaradılması barədə müəyyyən fikirlər səsləndirsələr də, kəskin mübarizə şəraitində əməkdaşlıq, yaxud qarşılıqlı inteqrasiyanın sabit prosesə çevrilməsi gözlənilmir. Həmçinin NATO-Rusiya gərginliyi fonunda silahlara nəzarət üzrə dialoqun davam etdirilməsi məsələsində də müəyyən suallar yaranır. Görünən odur ki, bu problem üzrə razılaşmaların qısa müddətdə əldə edilməsi real deyil. Bütövlükdə isə, “İkinci soyuq müharibə” adlandırılan prosesin hansı hərbi-siyasi və geoiqtisadi nəticələr doğuracağını zaman göstərəcək.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına bax23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55

