Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Yeni siyasi islahatlar proqramını təqdim etmişəm

Yeni siyasi islahatlar proqramını təqdim etmişəm

21.10.2021 [13:37]

İlham Əliyev: Biz siyasi dialoqun çox aktiv fazasındayıq

İlk dəfə: Parlamentdə təmsil olunan siyasi partiyalar  YAP-da toplaşır

Zamanı geri qaytarmaq mümkün olmasa da, tarix bu və ya digər formada təkrar olunur. Ötən ilin bu vaxtı xalqımız Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Zəfər yürüşünün sevincini və qürurunu yaşayır, dünya ictimaiyyəti isə XXI əsrin yeni tarixi salnaməsinin yaradılmasına şahidlik edirdi. Budur, bu gün də Zəfər yürüşü davam edir – Müzəffər Ali Baş Komandanımızın işğaldan azad edilmiş ərazilərə səfərlər edir, həmin torpaqlarda nəhəng bərpa-quruculuq işləri aparılır, qələbəmizin nəticələri möhkəmləndirilir, şərtləri diktə edən qalib Azərbaycan yeni reallıqlar yaradır. Dünyanın gözü yenə də regionun lider dövlətindədir. Təsadüfi deyil ki, nüfuzlu tədqiqat mərkəzləri bu gün də Azərbaycanın tarixi qələbəsinin nəticələrini öyrənir, ekspertlər – analitiklər isə öz təhlillərində diqqəti müxtəlif amillərə yönəldərək Azərbaycanın qələbə nümunəsindən ayrı-ayrı məqamlara xüsusi nəzər salırlar.

Bu kontekstdə diqqət yetirilən məqamlar sırasında  Zəfər yürüşünün uğurlu olmasını şərtləndirən amillərdən biri olan milli həmrəylik faktoru xüsusi yer tutur. Möhtəşəm qələbəmiz son 18 ilə yaxın müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun məntiqi nəticəsidir. Təbii ki, tarixi Zəfərin qazanılmasında xalqımızın milli həmrəylik, eləcə də ölkəmizdə fəaliyyət göstərən siyasi qüvvələrin birlik nümayiş etdirərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin respublikamızın ərazi bütövlüyünün təmin olunması ilə bağlı qətiyyətli mövqeyinə birmənalı dəstək göstərməsinin mühüm rolu var.

Ötən ilə nəzər saldıqda görürük ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, erməni yalanlarının ifşa olunması və bütövlükdə, milli maraqların qorunması istiqamətində mühüm fəallıq nümayiş etdiriblər. Yeni mərhələdə də siyasi qüvvələrin ümummilli məsələlərdə vahid mövqedən çıxış etmələri olduqca müsbət və təqdirəlayiq hal olmaqla mühüm əhəmiyyətə malikdir. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev elə ötən ilin bu günündə - 21 oktyabr 2020-ci il tarixində Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bu məqamlara xüsusi diqqət yetirmişdi. Dövlət başçısı “İndi mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib. Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl olub. İndi, əlbəttə ki, siyasi partiyaların mütləq əksəriyyəti işğal olunmuş ərazilərin qaytarılması ilə bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir. Cəmi iki partiya bu prosesdə iştirak etmir. Cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır. Yeri gəlmişkən, bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul etmədi. Mən bu təklifi bir neçə ay bundan əvvəl etmişdim. Mən demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərə ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da çox partiya bunu dəstəklədi. Biz siyasi dialoqun çox aktiv fazasındayıq”,-deyə bildirmişdi.

Əlbəttə, bu pozitiv tendensiya ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun və mütərəqqi islahatların real nəticəsidir. Xüsusilə də, iqtidar tərəfindən parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə dialoq prosesinə start verilməsi siyasi sistemdə plüralizmin güclənməsini, yeni siyasi konfiqurasiyanın formalaşmasını və ümummilli həmrəyliyin möhkəmlənməsini şərtləndirib. Bu kontekstdə Azərbaycanda fəaliyyət göstərən əksər partiya sədrləri ilə görüşlər keçirilməsi siyasi proqressə aparan mühüm və zəruri təşəbbüs kimi xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, bu prosesin məntiqi davamı kimi bu gün ilk dəfə olaraq Yeni Azərbaycan Partiyasında (YAP) parlamentdə təmsil olunan siyasi partiya rəhbərlərinin, komitə sədrlərinin iştirakı ilə tədbir keçirilməsi yeni siyasi mədəniyyət nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.  

Ümumiyyətlə, öz fəaliyyətində milli maraqları - dövlətin strateji mənafelərini üstün tutan siyasi qüvvələr islahatlar strategiyasının tərkib hissəsi olan dialoq təşəbbüsünü təqdirəlayiq hal kimi xarakterizə edirlər. Prezident İlham Əliyev ötən il müharibənin davam etdiyi zaman – oktyabrın 31-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində bu məqamlara toxunaraq “Bizim siyasi sistemimiz səmərəlidir. Bu toqquşmadan əvvəl, hətta bizdə parlament seçkiləri keçirilməzdən əvvəl, mən siyasi əməkdaşlığın bir növ yeni prosesinə start verdim. Biz praktiki əməkdaşlığa başlamaq, düşmənçiliyə son qoymaq və ən azı bir-birimizlə danışmağa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət etdik və iki partiyadan başqa bütün digər partiyalar, onların 50-si bunu dəstəklədi. Biz müasir, yeni siyasi prosesə başladıq. Hazırda parlamentimizdə çox sayda müxalifət üzvü var. Siyasi proses çox səmərəlidir”,-deyə vurğulamışdı. Bu günün reallığı da belədir ki, artıq ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq, əksər partiyalar taleyüklü məsələlərlə bağlı aparılan müzakirələrdə və ümummilli mənafeyə hədəflənən addımların atılmasında fəallıq göstərərək proseslərə öz töhfələrini verməyə çalışırlar. Bu isə Azərbaycanın milli gücünü artıran mühüm strateji faktorlardan biri kimi çıxış edir!

Nurlan QƏLƏNDƏRLİ

 

 

 

 

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31