Azərbaycan Gənclər Parlamenti yaradılır
01.11.2021 [15:44]
Milli Məclis və Azərbaycan Gənclər Fondu arasında Azərbaycan Gənclər Parlamentinin yaradılması barədə memorandum imzalanıb.
Bu barədə yeniazerbaycan.com Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ulu öndər Heydər Əliyevin ideyaları əsasında həyata keçirilmiş Azərbaycan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, gənclər siyasəti ölkəmizin əsas siyasi xətlərindən biri kimi müəyyən edildikdən sonra sağlam, vətənpərvər Azərbaycan gəncliyi formalaşıb. Məhz bu gənclik Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun əsas qüvvəsi olaraq 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış əzəli və əbədi torpaqlarımızı düşməndən həmişəlik azad etdi. Vətən müharibəsində Azərbaycan gəncliyi öz üzərinə düşən tarixi missiyanın öhdəsindən layiqincə gəldi. Fəaliyyətə başlaması nəzərdə tutulan Azərbaycan Gənclər Parlamenti ölkəmizdə gənclərin social-iqtisadi vəziyyətinin monitorinqi, gənclər arasında hüquq mədəniyyətinin yüksəldilməsi, gənclərin cəmiyyətin ictimai və siyasi həyatında fəal rol oynaması, həmçinin gənclərin Milli Məclisdə müvafiq qanun layihələrinin ictimai müzakirələrində iştirak etməsi baxımından olduqca mütərəqqi təsisat olacaq.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov nitqində bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ildə ilk dəfə gənclərin birinci forumu keçirilib. Növbəti il də Gənclər günü təsis edilərək Şərqi Avropada ilk dəfə Azərbaycanda Gənclər günü elan edilib. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasətdə biz gənclərin məhkəmə, icraedici orqanlarda irəli çəkilməsi, həm də hazırda parlamentdə gənc deputatların təmsil olunması ölkəmizin gənclərinin potensialından xəbər verir. Gənclər Fondunun icraçı direktoru bildirib ki, biz bu potensialı torpaqlarımızın işğaldan azad edilməsi zamanı da gördük: “Azərbaycan Gənclər Parlamenti uzun illərdir ölkəmizdə müzakirə olunan layihələrdən biri idi. Hazırda bu layihənin hazırda uğurlu olmasının səbəbi Milli Məclis tərəfindən tanınmasıdır. Layihənin əsas məqsədləri gənclərin Milli Məclisin fəaliyyətinə cəlb olunmasıdır. Azərbaycan Gənclər Parlamentində 30 gəncin təmsil olunması nəzərdə tutulur. Belə ki, 13 iqtisadi rayonumuzun hərəsindən 2 nəfər, Bakı iqtisadi regionundan isə 4 nəfər nəzərdə tutulur”.
Tədbirdə iştirak edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin deputatları Şahin İsmayılov, Nigar Arpadarai, Kamal Cəfərov, Ramin Məmmədov, Emin Hacıyev çıxışlarında Azərbaycan Gənclər Parlamentinə uğurlar arzulayıblar. Bu layihənin gənclərin siyasətə cəlb olunması üçün yaxşı imkan yaradacağına ümid etdiklərini diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

