Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb

Azərbaycandakı türk hərbçilərin mandatı daha bir il uzadılıb

10.11.2021 [22:15]

Türkiyə Böyük Millət Məclisi (parlament) Türkiyə ordusunun Azərbaycanda qalma mandatının uzadılmasını təsdiq edib.

yeniazerbaycan.com -un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə parlamentə göndərilən layihə TBMM-də müzakirə olunub və təsdiqlənib.

Məlumata əsasən, Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən Türkiyə hərbçilərinin Azərbaycanda qalma müddəti daha 1 il uzadılıb.

Xatırladaq ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi ölkənin Silahlı Qüvvələrinə qoşunlarını bir il müddətinə Azərbaycana göndərmək səlahiyyəti verib.

Paylaş
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31