Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bəlkə, dondurasınız?!

Bəlkə, dondurasınız?!

24.11.2021 [10:09]

Və ya Cəmil Həsənlinin “imtina mədəniyyəti”

Ağıl - şüur yer üzünün əşrəfi olan bəşər övladına - insana xas keyfiyyətdir.  Amma şüurlu davranmaq heç də hər insana nəsib olmur. Xüsusilə də, inkarçılıq xəstəliyinə düçar olanlar qeyri-şüuri davranışları ilə “fərq yaradırlar”. Üstəlik, bu şəxslər özlərini elmi, ictimai, siyasi müstəvidə təsdiq etməyə çalışırlarsa, o zaman ara qarışır, məzhəb itir. Elə okeanın o tayında “elmi-siyasi lövbər  salmış” Cəmil Həsənli kimi...

İnkarçılıq mərəzi və isterika vəziyyəti

Onun son zamanlar sosial şəbəkə hesablarında paylaşımları bu şəxsin isterika vəziyyətində olduğunu göstərir. Görünən odur ki, inkarçılıq bu insanın xüsusiyyətinə çevrilib - ölkədə, regionda baş verən bütün proseslərə - müsbət dəyişikliklərə öz tozlu-dumanlı və qara eynəyi arxasından baxır. “Facebook” və “youtube” platformalarında “alim-ekspert” qismində virtual şoular təşkil edən Həsənli indi də “imtina mədəniyyəti” yaratmağa çalışır. Söhbət C.Həsənlinin “Əməkdar müəllim” fəxri adından imtina etməsi barədə “anons”undan gedir.

İmtina edə-edə...

Əslində, burada təəccüblü heç nə yoxdur - imtina etmək onun, bir növ, xarakterinin tərkib hissəsidir. Bir zamanlar AXCP adlanan partiyanın (oxu: antimilli qruplaşmanın-N.Q.) “siyasi ulduz”una çevrilməyə çalışan C.Həsənlinin bir müddət sonra bu partiyadan uzaqlaşdırılması ilə “əqidədaş”larından imtina etməsi, onların ünvanına təhqiramiz ifadələr səsləndirməsi ictimai yaddaşdan silinməyib. Vaxt gəldi, C.Həsənli prezident seçkilərində qondarma “milli şura”nın sonradan oyuna daxil olan dublyor - namizədi qismində çıxış etdi, “dəyirmi masa”lar zamanı hansı siyasi mədəniyyət və siyasi əxlaq daşıyıcısı olduğuğu bir daha nümayiş etdirdi. Uğursuzluğa düçar olan Həsənli bir müddət sonra okeanın o tayına üz tutdu, elmi və siyasi arenada hansısa yeniliyə - dəyişikliyə imza ata bilmədiyindən daha bir imtina ilə gündəmə gəldi. Söhbət onun xarici görkəmindən imtinasından - sifətində “inqilabi dəyişiklik” etməklə - yeni “imic” yaratmasından gedir...

Bəlkə, ümumiyyətlə, “müəllim” sifətindən imtina edəsiniz?

İndi özünü cəmiyyətə qondarma “şuraçı”ların “siyasi ağsaqqal”ı qismində təqdim edən bu şəxsin, qeyd etdiyimiz kimi,  “Əməkdar müəllim” fəxri adından imtina etməsi onun növbəti virtual teatr tamaşasıdır. Yaxşı olar ki, vaxtilə “dəyirmi masa”larda tez-tez pauza verərək amiranə formada “vaxtımı saxloon” deyən C.Həsənli indi “Əməkdar müəllim” fəxri adından imtina etməsin, onu sadəcə, dondursun. Və ya ümumiyyətlə, “müəllimlik”dən, “müəllim” sifətindən imtina etsin. Axı özünü siyasi arenada olduğu kimi, mənəviyyat və mədəniyyət işi olan elm - təhsildə də  doğrultmayıb... Hər halda, yeni imtinalar olacaq, hətta prosesin özündən imtinaya qədər getməsi də istisna deyil...

P.S. Sosial şəbəkələrdə yazılan rəylərdə belə bir sual öz əksini tapıb: “C.Həsənli niyə vaxtilə deputat mandatından imtina etməyib, yaxud hazırda 3 min manatlıq deputat təqaüdündən imtina etmir?”. Maraqlı sualdır, cavabı da maraqlı olar. Təbii ki, C.Həsənli bu suala cavab verməkdən imtina etməsə...

Nurlan

 

Paylaş
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31