Birləşdirici və qurucu başlanğıc müxalifətə yaddır
22.07.2010 [12:34]
Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi, millət vəkili Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibə verib. İcra katibi müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar, YAP-ın parlament seçkilərinə hazırlığı barədə sualları cavablandırıb.
Millət vəkili Əli Əhmədov müsahibəsində, həmçinin, bildirib ki, parlament seçkilərində hakim partiya üçün çətinliklər yarada biləcək rəqib yoxdur: “Mən bunu YAP-ın gücünün ifadəsi kimi qeyd etmək, YAP-a Azərbaycan seçicilərinin inamının təzahürü kimi vurğulamaq istəyirəm. Təbii ki, bu, eyni zamanda, Azərbaycan müxalifətinin zəifliyinin ifadəsidir. Bu mənada, qarşıdan gələn parlament seçkilərində müxalifətin hər hansı əhəmiyyətli hərəkət etməsini o qədər də inandırıcı hesab etmirəm. Amma mən bu sözlərimin müxalifət partiyalarının qarşıdan gələn parlament seçkilərində iştirakdan imtina etməsi üçün işarə kimi qiymətləndirilməsini də arzu etməzdim. Qeyd etdiyim kimi, istənilən siyasi partiyanın mövcudluğunun əsas şərti və arqumenti onun siyasi proseslərdə və siyasi proseslərin ən aydın təzahür forması olan seçkilərdə iştirakıdır”.
Əli Əhmədovun sözlərinə görə, seçkilərdə iştirak etməyən partiyanın ölkənin həyatında və bütövlükdə həyatda mövcudluğunun mənası qalmır: “Ona görə də müxalifət partiyalarını seçkilərdə fəal iştiraka dəvət edirik. Azərbaycan müxalifəti daxili intriqalar məngənəsində əzilir. Azərbaycan cəmiyyətində müxalifətin hörmətinin və nüfuzunun itməsinin çoxlu sayda səbəbi içərisində bunu xüsusi göstərmək olar. Əslində, deyərdim ki, müxalifətin daxili çəkişmələri və intriqaları onun ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak etməkdə maraqlı olmamasından xəbər verir. Belə təəssürat yaranır ki, müxalifət partiyaları ölkənin ictimai-siyasi həyatında iştirak edib, hər hansı pozitiv mövqe ortaya qoymaqdan daha çox daxili intriqalarla məşğul olmağa meyillidirlər”.
Əli Əhmədov bildirib ki, müxalifətin onsuz da az olan gücü və resursu özlərinin daxili problemlərini həll etməyə yönəlir: “Birləşdirici və qurucu başlanğıc onlara yaddır. Bu çəkişmələr, didişmələr müxalifətin az olan gücünü daha da azaldır”.
Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin noyabrın əvvəlində keçirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

