Tarixi düşmənlər indi də miqrant davasına başlayır
03.12.2021 [10:48]
Avrosentristlərlə anqlo-sakson birliyi toqquşacaqmı?
P.İsmayılov
Makronun “təlxək” adlandırdığı Boris Conson miqrantsız İngiltərədə “daha rahat yaşadığını” deyir
Yüz illər boyu Avropanın ən qatı düşmənləri kimi xarakterizə olunan Fransa ilə İngiltərə arasında “iplər” yenidən gərilib. Fransa prezidenti Emmanuel Makronun Böyük Britaniyanın Baş naziri Boris Consonu “Brexit-in uğursuzluğuna görə günah keçisi axtaran” “təlxək” adlandırması münasibətlərdəki gərginliyi pik həddə çatdırıb. “Le Canard Enchaine” jurnalı yazır ki, Fransa prezidenti Conson administrasiyasını “sirk” kimi təsvir edib. Nəşr bunun səbəbini belə izah edib ki, Makron bir qrup miqrantın La-Manş boğazında ölümü ilə bağlı telefon danışığından sonra Consonun davranışından şikayətlənib, onun davranışını “vulqar” adlandırıb.
Xatırladaq ki, rəsmi Paris Britaniyanı Fransa ərazisində sığınan miqrantların müraciətlərinə baxmağa dəvət edib. Lakin Britaniya Krallığı bunu miqrantların La-Manş boğazı ətrafına qayıtmasını özündə əks etdirən “çəkilmə faktoru” adlandırıb və imtina edib. Başqa sözlə, İngiltərə miqrant problemi yaşamadan daha xoşbəxt göründüyünü vurğulayır.
Buna qədər isə, noyabrın 27-də Boris Conson Fransa prezidentini rəsmi Twitter səhifəsində yaydığı beş bəndlik planı qəbul etməyə çağırmışdı. Beş bəndlik bu sənəd isə miqrantlarla bağlı faciələrə son qoymağın yolları kimi göstərilmişdi. İki dövlət arasındakı gərginliyin səbəbi isə məhz bu beş bəndlik planda gizlənib. Planın təqdimatının ardından Makron “Bir çox iş görə biləcəyimiz böyük bir ölkənin təlxək tərəfindən idarə olunmasını görmək kədərlidir. Brexit Consonun sirkinin başlanğıc nöqtəsidir”, deyərək Avropada yeni siyasi qaşıdurmaya start verib.
Qeyd edək ki, son dövrlərdə yenidən miqrant probleminin aktuallaşması Avropada bu kimi problemlərə yol açıb. Görünən isə budur ki, Polşa-Belarus sərhəddində yaşananlar Qərbi Avropanı da işə qarışmağa, daha doğrusu, bəri başdan öz hayına qalmağa vadar edir. Çünki Belarusdan Polşaya keçən miqrantlar heç də köhnə qitənin şərq hissəsində qalmaq istəmirlər, daha çox dərinliklərə, Qərbə doğru can atırlar. Böyük Britaniya isə La-Manş boğazı vasitəsilə miqrant axınının qarşısını tam alıb. Avropa ilə quru sərhədi olmayan bu dövlət rahat şəkildə miqrant axınından “yaxa qurtarıb”. Bunun əvəzində isə ən bahalı paytaxta - Londona üz tutmaq istəyən miqrantlar Fransanın La-Manş boğazı hissəsinə yığılaraq ümidlə suyun o biri tayına baxırlar.
Proseslərin gedişi isə mərkəzi avropalılarla (avrosentristlər) anqlo-sakson birliyinin yenidən “toqquşacağını” deməyə əsas verir. Fransanın ərtrafında İngiltərəyə qarşı kifayət qədər “qüvvə” toplansa da, London hər zamankı kimi əsas müttəfiqinə - ABŞ-a güvənir. Miqrant problemi içində boğulan Avropa ölkələrinin İngiltərəyə qarşı planlarının qarşısını isə bir fakt alır - problemin böyüməsi rəsmi Vaşinqtonun II Dünya Müharibəsindən sonra Avropaya yeni yürüşünə yol aça bilər. İndiki halda isə bu, heç Makrona da sərf etmir.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

