YAP nümayəndə heyəti Ukraynada səfərdədir
03.12.2021 [12:04]
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.
Səfərin ilk günü nümayəndə heyəti Kiyevdə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad edib.
Sonra YAP nümayəndə heyəti İrpen şəhərinin meri Oleksandr Markuşin və meriyanın rəhbər şəxslərinin iştirakı ilə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, xatirəsinə dərin ehtiram ifadə edib.
Tədbirdə çıxış edən mer Oleksandr Markuşin bildirib ki, İrpen şəhəri Azərbaycan üçün doğmadır. Qeyd edib ki, İrpen ilə Azərbaycanın bir sıra şəhərləri arasında yaxşı münasibətlər mövcuddur.
Öz növbəsində YAP Sədrinin müavini Tahir Budaqov Azərbaycanla əlaqələrə göstərdiyi diqqətə görə şəhər merinə təşəkkürünü bildirib və işlərində uğurlar arzulayıb.
Azərbaycandan gələn nümayəndə heyəti daha sonra İrpen şəhərində Zərifə Əliyeva adına 12 saylı orta məktəbində olub. Məktəbin direktoru Valentina Antonenko çıxış edərək akademik Zərifə Əliyevanın şərəfli ömür yolundan danışıb. Bildirib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva ziyalı alim, mehriban və qayğıkeş ana obrazının təcəssümünə çevrilib. Qeyd edib ki, Zərifə Əliyeva görkəmli alim olmaqla yanaşı, Prezident İlham Əliyev kimi müdrik dövlət başçısının anası olub. Qürurverici haldır ki, belə dəyərli şəxsiyyətin xatirəsi Azərbaycanla yanaşı, Ukraynada da hər zaman böyük ehtiramla anılır.
İrpenin Azərbaycan üçün doğma şəhər olduğunu qeyd edən Tahir Budaqov bildirib ki, ölkəmiz bu şəhərin inkişafına hər zaman töhfəsini verməyə hazırdır. Tahir Budaqov vurğulayıb ki, İrpen şəhərində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan istirahət parkı, mərkəzi küçə və orta məktəb Azərbaycan ilə Ukrayna arasında sarsılmaz dostluq körpüsünə çevrilib. Azərbaycan hər zaman olduğu kimi, bundan sonra da bu şəhərə yardımlarını davam etdirəcək.
YAP nümayəndə heyəti, həmçinin məktəbdə akademik Zərifə Əliyeva adına muzeylə tanış olub.
Daha sonra YAP Sədrinin müavini–Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov İrpenə səfərlə bağlı yerli telekanala müsahibə verib.
Qeyd edək ki, YAP nümayəndə heyətində Partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Veteranlar Şurasının sədr müavini Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP İdarə Heyətinin üzvü, Bakı, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Milli Məclisin deputatı Ramil Həsən, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Hülya Məmmədli təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Gündəm
25 May 11:55
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:27
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58

