/ / Sadə ermənilər "ASALA"nı-Sarkisyan hakimiyyətini məhv etməyə və Ermənistanı xilas etməyə çağırır
Sadə ermənilər "ASALA"nı-Sarkisyan hakimiyyətini məhv etməyə və Ermənistanı xilas etməyə çağırır
28.07.2010 [03:05]
Bu gün aqressiv siyasətinin acı nəticələri ilə üzə-üzə duran Ermənistan hərtərəfli şəkildə böhran içərisindədir. Bu isə özünü həm insanların sosial-iqtisadi, demoqrafik vəziyyətində, həm də cəmiyyət daxilindəki qeyri-sabitlikdə göstərir. Artıq vəziyyət o yerə çatıb ki, erməni saytlarında belə hərbi diktaturanın kriminal əməllərindən çəkinmədən yazılır, forumlarda müzakirələr açılır və Sarkisyan hakimiyyəti kəskin tənqid edilir. Belə ki, apardığımız araşdırmaların nəticəsində bir çox saytlarda (əsasən, Amenia.today saytında) hakimiyyət kriminal piramidaya bənzədilir və sadə ermənilər “ASALA”nı Sarkisyan hakimiyyətini məhv etməyə və Ermənistanı xilas etməyə çağırırlar. Həmin materialların qısa məzmununu diqqətinizə çatdırırıq.
Amenia.today saytında qeyd edilir ki, hakimiyyət düşərgəsində presedent olmadan təlatüm müşahidə edilir və bunun nəticəsində daxili çəkişmə və özünü məhvetmə prosesi başlayır: “Müxalifətin üzərinə təzyiqlər artıb və bu təzyiqlərin fonunda qarşılıqlı tənqid və günahlandırmalar geniş vüsət alıb. Bütün bunlar, adətən, hakimiyyətin öz sonunun yaxınlaşdığını hiss edib, hər kəsin məsuliyyətdən qaçmaq haqqında düşündüyü zamanlarda baş verir. Sarkisyan rejimi bütün planlarda - milli və iqtisadi sahədə uduzub. Bu rejim sadəcə, öz xalqını talan etməkdə qələbəyə nail ola bilib. İndi isə talan etdiklərini əlində saxlamaq barədə narahatçılıq keçirir”.
Saytda quldur rejimin narahatlığı üçün məlum olan iki mühüm səbəb göstərilir:
- birincisi, iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün imkanların olmaması və ictimaiyyətdə sosial narazılığın gücləndiyini qəbul etmək təhlükəsi;
- ikincisi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mümkün həllinin yaxınlaşmasının faciəvi reallığı.
Birinci səbəb şərhə ehtiyac duymur, amma ikinci səbəb haqqında bunları demək vacibdir: “Ondan başlayaq ki, nə qədər aktual olsa da, biz 2008-ci ilin oktyabrından buna çalışsaq belə, hal-hazırda Ermənistan-Türkiyə münasibətlərinin nizamlanmasından danışmaq mənasızdır. Bu nizamlanma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən və ya dəqiq desək, bu prosesdə hər hansı mümkün irəliləmədən asılıdır. Amma “mümkün irəliləmə” sözü altında Minsk qrupu həmsədrləri arasında əldə edilən razılığa görə, bu gün 5 rayonun bilavasitə Azərbaycana qaytarılması başa düşülür. Bununla belə, sülhməramlı qüvvələrin işğal olunmuş ərazilərdə saxlanılması və ya müşahidəçilərin yerləşdirilməsi, Laçın dəhlizinin və Dağlıq Qarabağın son statusu hələ də müəyyənləşdirilməmiş qalır. Ərazilərin qaytarılması ilə əlaqədar yaradılmış missiyanın vasitəçiləri arasında formalaşan konsensus faktoru şübhəsiz, Dağlıq Qarabağ konfliktinin tamamilə nizamlanması ilə əlaqədar həmsədr ölkələri arasında fikir ayrılığını istisna etmir. Bununla belə onu deməyə əsas var ki, bu problemə yanaşmada və məqsədlərdə ciddi fərqlər var. Azərbaycan və Türkiyə bu məsələdə çox maraqlıdırlar və Azərbaycan rəsmi olaraq həmsədr ölkələrin nümayəndələrinin yenidən işlənmiş planı - “yenilənmiş Madrid prinsipləri” ilə razılaşıb. Bu da Ermənistan tərəfinin onsuz da çətin olan vəziyyətini pisləşdirib. Bununla belə indi hər şey Ermənistanın mövqeyindən asılıdır. Beləliklə, Serj Sarkisyan çətin sual qarşısındadır: təklif olunan razılaşmanı imzalamaq ilə öz xalqının qəzəbinə səbəb olmaq və ya vaxt qazanmaq üçün onu rədd etməklə Ermənistan üçün mənfi nəticələnəcək fikirlərlə beynəlxalq cəmiyyəti qıcıqlandırmaq. Digər tərəfdən, vəziyyətin ziddiyyətli məqamları ondadır ki, hər iki vəziyyətdə o hakimiyyəti itirəcək: razılaşmanı imzaladığı təqdirdə onu daxili qüvvələr, eyni zamanda, keçmiş və indiki koalisiya qüvvələri devirəcək, rədd etdiyi təqdirdə isə beynəlxalq ictimaiyyət ona qarşı yığılıb qalmış gözdən salma metodlarından - saxtalaşdırılmış seçkilər, siyasi təqiblər, şəxsi korrupsiya və s. istifadə edəcəkdir. Unutmayaq ki, zamanla təzyiqlər edərək bunlar xatırladılır. İki seçimdən hər ikisinin nəticəsi hakimiyyətin itkisi olacağını nəzərə alsaq, Serj Sarkisyan rəddetmə variantını yox, istəsə də, istəməsə də, Minsk qrupunun həmsədrlərinin tələb etdiyi kimi işğal etdiyi 5 rayonu Azərbaycana təhvil verəcək. çünki bu vəziyyətdə o beynəlxalq ictimaiyyətdən öz hakimiyyətini saxlamaq haqqında zəmanət, hətta sonra ola bilsin ki, şəxsi toxunulmazlıq və əmlak sahibliyi, əks təqdirdə (yəni əgər işğal etdiyi ərazilərdən çıxmasa) əldə edə bilməyəcəyi siyasi sığınacaq da alacaq. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və xoşagəlməz nəticələrinin aradan qaldırılması üçün yeganə yol hakimiyyətin dəyişməsidir. İlk baxışda bu çıxış yolunu Vardan Oskanyan da öz müsahibəsində təklif etmişdi. Amma Oskanyan hakimiyyətin qanuni yolla deyil, çevriliş nəticəsində dəyişilməsinin tərəfdarı idi”.
Əlbəttə ki, bu cür fikirlərin internet saytlarında ictimai müzakirəyə çıxarılması geniş auditoriyanın maraqlı mülahizələrilə qarşılaşıb. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
Məsələn, Rusiyadan “AA” ləqəbli erməni yazır ki, “Bəli! Hər şey çox aydın, dəqiq, ən əsası isə həqiqətdir! Amma bu aydın deyil ki, siz nə gözləyirsiz, Levon Ter-Petrosyan? Hərəkət edin! Siz ki, bu gün Ermənistanın siyasi arenasında ən parlaq fiqursunuz”.
“Hayduk” ləqəbli digər erməni isə yazır ki, hər dəfə Ermənistanın bu və ya digər siyasi xadimin çıxışını təhlil edirəm və hər dəfə daha çox inanıram ki, yeganə qurtuluş “ASALA”dadır - “ASALA” öz xalqını bu hakimiyyətdən qoru!
Beləliklə də, aydın olur ki, artıq sadə ermənilər Sarkisyan hakimiyyətinin devrilməsini, hətta bunun terror vasitəsilə belə həyata keçirilməsini açıq və aydın şəkildə bildirir. Bu mövzunu davam etdirmək və Sarkisyan hakimiyyətinin bütövlükdə region üçün nə qədər təhlükəli siyasət yürütdüyünü sübut etməkdən ötrü araşdırmalarımızı davam etdirəcəyik.
ümidə İSAYEVA,
Sevinc NURİYEVA
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

