Azərbaycan NATO-nun üzvü olmasa da...
16.12.2021 [10:34]
Bu hərbi-siyasi qurumun etibarlı tərəfdaşıdır
Mübariz ABDULLAYEV
Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Respublikamız xoş mərama əsaslanan təşəbbüsləri ilə üzv olduğu beynəlxalq təşkilatların gündəliyinin müasir çağırışlara adekvat müəyyənləşməsində mühüm rol oynayır. Eyni zamanda, NATO-nun üzvü olmayan Azərbaycan qurumun etibarlı tərəfdaşı qismində çıxış edir. Bunu Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 14-də Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq arasında keçirilən görüş, dövlət başçımızın Şimali Atlantika Şurasının iclasında iştirak etməsi və verdiyi Bəyanat, həmçinin tədbirlərdə NATO-nun yüksəksəviyyəli rəsmilərinin səsləndirdikləri fikirlər bir daha təsdiqləyir.
Gələn il Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələrinin qurulmasının 30 ili tamam olacaq. Müstəqil Azərbaycan NATO ilə əlaqələrin intensivləşməsinə və etimad mühitinin möhkəmlənməsinə böyük önəm verir. Bunu Prezident İlham Əliyev Brüsseldə keçirilən tədbirlərdə növbəti dəfə diqqətə çatdırıb. “Mən NATO-nun mənzil-qərargahına yeddinci dəfədir ki, səfər edirəm. Bütün bunlar bizim əməkdaşlığımızın dinamizmini göstərir”, - deyə dövlətimizin başçısı NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransında vurğulayıb.
Bütövlükdə, Brüsseldə Prezident İlham Əliyevin iştirakı ilə baş tutan tədbirlərdə də vurğulandığı kimi, Azərbaycanla NATO arasında əməkdaşlıq öz səmərəliliyi ilə diqqət çəkir. İlk növbədə, onu vurğulamaq yerinə düşər ki, hazırda respublikamız NATO-da təmsil olunan bir sıra ölkələrlə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu gün NATO-nun 20-yə yaxın üzv ölkəsi Azərbaycandan neft idxal edir. Həmçinin qurumda təmsil olunan 4 ölkə, o cümlədən Türkiyə Azərbaycandan “mavi yanacaq” alır. Hazırda Xəzərdə zəngin karbohidrogen resurslara malik Azərbaycan enerji təhlükəsizliyi baxımından ciddi çətinliklərlə üzləşən “qoca qitə” üçün yeni mənbə və şaxələndirilmiş nəql marşrutlarına malik ölkə kimi dəyərləndirilir. Brüsseldə keçirilən görüşlərdə respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələr yüksək dəyərləndirilib. Vurğulanıb ki, Azərbaycan enerji resurslarının, o cümlədən də qazın ixrac həcmlərini və coğrafiyasını daha da genişləndirə bilər.
NATO-nun missiyalarında...
Ölkəmiz 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulub, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Ümumiyyətlə, ölkəmizlə NATO arasında əməkdaşlıq münasibətləri müxtəlif istiqamətləri əhatə edir. Azərbaycan və NATO arasında praktiki əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb.
Eyni zamanda, Azərbaycan praktiki müstəvidə NATO-nun müxtəlif missiyalarının həyata keçirilməsində yüksək fəallıq nümayiş etdirir. Azərbaycan 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər. Brüsseldə baş tutan görüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidməti yüksək dəyərləndirilib. NATO-nun Baş katibi Yens Stoltenberq buna görə Azərbaycan Prezidentinə təşəkkürünü çatdırıb. Qeyd edək ki, Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər.
Görüş yeri Azərbaycandır
Ölkəmiz 2017-2020-ci illərdə NATO-Rusiya və ABŞ-Rusiya arasında yüksək vəzifəli hərbçilərin 7 görüşünə ev sahibliyi edib. Belə mötəbər görüşlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi beynəlxalq səviyyədə ölkəmizə olan böyük inamın ifadəsidir. Hazırda ölkəmizlə NATO arasında əməkdaşlıq əlaqələri “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində uğurla inkişaf edir. Perspektivdə tərəflər arasında yeni sazişin imzalanması nəzərdə tutulub.
Dialoq və sülh naminə
Brüsseldə postmüharibə dövründə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlər də müzakirə predmetinə çevrildi. Xatırladaq ki, NATO hələ müharibədən əvvəl Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək verən bir neçə sənəd qəbul edib. Yeni reallıqlar fonunda NATO sülhün qorunmasının tərəfdarıdır. “Biz qəti şəkildə inanırıq ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını davam etdirmək vacibdir. NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və dialoqun qurulması səylərini dəstəkləyir”, - deyə Baş katib Yens Stoltenberq birgə mətbuat konfransında vurğulayıb.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
24 Mart 13:34

Xəbər lenti
24 Mart 12:14

Xəbər lenti
24 Mart 12:11

Xəbər lenti
24 Mart 11:55

Xəbər lenti
24 Mart 10:59

Xəbər lenti
24 Mart 09:51

Siyasət
24 Mart 09:45

Xəbər lenti
23 Mart 21:20

Xəbər lenti
23 Mart 20:27

Xəbər lenti
23 Mart 18:37

Xəbər lenti
23 Mart 14:58

İdman
23 Mart 14:14

Xəbər lenti
23 Mart 14:13

Xəbər lenti
23 Mart 11:55

Xəbər lenti
23 Mart 11:16

Gündəm
23 Mart 11:14

Dünya
23 Mart 10:14

Dünya
23 Mart 10:12

Xəbər lenti
22 Mart 22:57

Xəbər lenti
22 Mart 19:57

Xəbər lenti
22 Mart 17:19

Maraqlı
22 Mart 13:28

Xəbər lenti
22 Mart 12:51

İqtisadiyyat
22 Mart 10:06

Xəbər lenti
22 Mart 09:40

Xəbər lenti
21 Mart 22:40

Dünya
21 Mart 22:30

Xəbər lenti
21 Mart 22:08

Xəbər lenti
21 Mart 20:00

Gündəm
21 Mart 19:16

Xəbər lenti
21 Mart 18:55

Xəbər lenti
21 Mart 17:26

Xəbər lenti
21 Mart 15:23

Siyasət
21 Mart 14:27

Xəbər lenti
21 Mart 13:58

Xəbər lenti
21 Mart 12:17

Xəbər lenti
21 Mart 10:45

Xəbər lenti
21 Mart 10:44

Dünya
20 Mart 21:54

Xəbər lenti
20 Mart 21:46

Xəbər lenti
20 Mart 19:15

Dünya
20 Mart 18:32

Xəbər lenti
20 Mart 16:46

Siyasət
20 Mart 15:41

Xəbər lenti
20 Mart 15:02

Dünya
20 Mart 13:57

Xəbər lenti
20 Mart 12:54

Xəbər lenti
20 Mart 12:30

Xəbər lenti
20 Mart 12:17

Xəbər lenti
20 Mart 12:01

İqtisadiyyat
20 Mart 11:59

Gündəm
20 Mart 09:55

Xəbər lenti
19 Mart 21:51

Gündəm
19 Mart 21:47

İdman
19 Mart 20:31

Xəbər lenti
19 Mart 18:11

Siyasət
19 Mart 16:51

Dünya
19 Mart 15:15

Xəbər lenti
19 Mart 12:57

Xəbər lenti
19 Mart 12:33

Xəbər lenti
19 Mart 11:35

Dünya
19 Mart 11:28

Xəbər lenti
19 Mart 11:11

Xəbər lenti
18 Mart 20:07

Xəbər lenti
18 Mart 20:02

Gündəm
18 Mart 19:56

Xəbər lenti
18 Mart 19:45

Xəbər lenti
18 Mart 19:43

İqtisadiyyat
18 Mart 19:09

Xəbər lenti
18 Mart 18:47
