İrəvanın iqtisadi-siyasi nəfəs dəhlizi Bakının əlində
16.12.2021 [10:38]
Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində qanuni - suveren mövcudluq 29,743 kvadrat kilometr əraziyə malik Ermənistana siyasi nəzarət deməkdir
Nurlan QƏLƏNDƏRLİ
Dekabrın 14-də Brüsseldə baş tutan görüşlər zamanı Zəngəzur dəhlizinin müzakirəyə çıxarılmasından, xüsusilə də Prezident İlham Əliyevin bu nəqliyyat koridoru ilə əlaqədar növbəti dəfə qətiyyətli mövqe ifadə etməsindən sonra Ermənistan cəmiyyətində gərgin - qızğın, bir az da təlaşlı müzakirələr artıb. Təbii ki, əsas müzakirə predmetlərindən biri Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin hüquqi rejimi ilə bağlı fikirləridir. Dövlət başçısının “Laçın dəhlizində gömrük yoxdursa, Zəngəzur dəhlizində də olmamalıdır” haqlı yanaşması erməni ictimai rəyində belə qənaət yaradıb: şərtləri diktə edən Azərbaycan Ermənistanı öz iradəsinə tabe etdirir, proseslər Bakının nəzarəti altında cərəyan edir. Paralel olaraq Gorus-Qafan yoluna nəzarət Azərbaycanın təsir imkanlarını artırır - təzyiq rıçaqlarını gücləndirir. Ermənistanın isə şərtləri qəbul etməkdən və konstruktiv mövqe nümayiş etdirməkdən başqa yolu yoxdur. Əslində, erməni ictimai rəyi haqlıdır: çünki Gorus-Qafan yoluna nəzarət, sözün əsl mənasında, Ermənistan üçün birinci dərəcəli strateji yolu kontrol altında saxlamaq deməkdir.
Məlumdur ki, SSRİ dövründən Gorus və Qafan vilayətlərini birləşdirən, eyni zamanda, Ermənistanı İranla əlaqələndirən avtomobil yolu bir neçə hissədə Azərbaycan ərazilərindən keçirdi. Coğrafi şəraitin daha əlverişli olmasına görə marşrut belə müəyyənləşdirilmişdi. 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ermənistanın işğalında olan əraziləri azad etdikdən sonra Zəngəzur bölgəsində sovet dövrünün sərhədlərinə əsasən, Gorus-Qafan magistralının ərazisindən keçən 21 kilometrlik hissəsinə nəzarətini bərpa edib. Belə vəziyyətdə Azərbaycan xoş məram nümayiş etdirərək Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsini bağlamamışdı və orada gediş-gəlişə imkan yaratmışdı, hərəkətdə heç bir problem olmamışdı. Bakı bununla həm Ermənistana, həm də regionda bir sıra qüvvələrə mesaj ünvanlamışdı ki, sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edən regional əməkdaşlığa hazırdır və istənilən xoşməramlı, faydalı və məqsədyönlü təşəbbüsün reallaşdırılmasının tərəfdarıdır. Böyük jest idi. Amma bunun müqabilində həm İrəvan, həm də bəzi region dövlətləri adekvat yanaşma - uyğun davranış ortaya qoymadılar.
Qanunsuz yükdaşımaların həyata keçirilməsi, Laçın dəhlizində buna şərait yaradılması - qeyri-qanuni hərəkətlərə imkan verilməsi, həmçinin Ermənistanın hərbi-siyasi təxribatları Azərbaycanı növbəti təzyiq mexanizmini işə salmağa vadar etdi. Azərbaycanın öz suveren ərazisindən keçən 21 kilometrlik yolu bağladı və Ermənistan həm mənəvi-psixoloji, həm siyasi-strateji, həm də sosial-iqtisadi nöqteyi-nəzərdən ciddi çətinliklə üzləşdi. Bununla da:
- birincisi, Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində ölkəmizin qanunlarına əməl edilməsi ciddi tələb olundu;
- ikincisi, Azərbaycan Ermənistanın sonuncu nəfəsliyini qapatmaqla - blokadaya salmaqla haqlı tələb və şərtlərini qəbul etdirmək iqtidarında olduğunu nümayiş etdirdi. Təbii ki, əsas tələblər isə sərhədlərin delimitasiyası və demarkasiyasına dair, həmçinin Zəngəzur dəhlizində işlərə başlanmasıdır. Son hədəf isə tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması və yekun sülh müqaviləsinin imzalanmasına nail olmaqdır.
Üçüncüsü, Bakı nümayiş etdirdi ki, Ermənistanın həm siyasi, həm də iqtisadi-ticari nəfəs borusu Azərbaycanın əlindədir. Çünki Ermənistan ilə İran arasında əsas daşımalar bu yoldan keçir. Hətta alternativ yol haqqında düşünülsə də, buna əlavə vaxt və vəsait lazımdır, üstəlik, indiyə qədər bu istiqamətdə hər hansı bir iş görülməyib. Həmçinin alternativ yol Gorus-Qafan yolu qədər strateji cəhətdən əlverişli, iqtisadi baxımdan rentabelli deyil. Hətta alternativ yol açılsa belə, coğrafi şəraitə görə İran ilə Ermənistan arasındakı əsas daşımalar bu yoldan olacaq. Yəni Ermənistanın bu imkandan məhrum olmaması üçün konstruktiv mövqe tutmaqdan - hərbi-siyasi təxribatlardan və qeyri-qanuni hərəkətlərdən imtina etməkdən başqa çarəsi - yolu yoxdur.
Bir sözlə, Ermənistanın iki vilayətini birləşdirən yolun Azərbaycanın suveren ərazisindən keçməsi İrəvanı siyasi cəhətdən tərbiyələnməyə vadar edir. Təsadüfi deyil ki, Sünikin (Zəngəzur) qubernator müavini Narek Babayan Gorus-Qafan avtomobil yolunun açılmasını sosial şəbəkələrdə həm sevinclə, həm də təlaşla bəyan etmişdi. Ermənistan tərəfi bildirmişdi ki, Gorus-Qafan avtomobil yolu Ermənistan-İran sərhədinə çıxdığından nəinki regional, həm də dövlətlərarası əhəmiyyətə malikdir. Bu məqamı isə xüsusi şərh etməyə ehtiyac yoxdur: Ermənistanın dövlət kimi mövcudluq yolu Azərbaycanin siyasi iradəsindən asılıdır.
Nəticə etibarilə, Azərbaycanın Gorus-Qafan yolunun 21 kilometrlik hissəsində qanuni - suveren mövcudluğu elə 29,743 kvadratkilometr əraziyə malik bütün Ermənistana siyasi nəzarət deməkdir.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29

