Nikol Paşinyanın hədəfi daxili auditoriyadır
22.12.2021 [11:46]
Erməni baş nazirin məsuliyyətsizcə absurd ifadələr səsləndirməsinin heç bir əhəmiyyəti yoxdur
Nurlan
Ermənistanın baş naziri Paşinyan Milli Təhlükəsizlik Xidmətinin iclasında Cənubi Qafqazda münasibətlərin tənzimlənməsindən bəhs edib. O, bölgədə yeni geosiyasi vəziyyətin yarandığını deyib. Digər tərəfdən, erməni baş nazir növbəti dəfə sərsəm fikirlər səsləndirərək yerli və beynəlxalq ictimai rəyi yanıltmağa çalışıb. O, “Artsax”, “status” kimi ifadələrdən istifadə edərək ziddiyyətli yanaşma ortaya qoyub. Bəs Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edən, kommunikasiyaların açılması ilə əlaqədar pozitiv mövqe sərgiləyən Paşinyanın yenə də qeyri-konstruktiv yanaşma ortaya qoyması nə ilə əlaqədardır?
Başqa yolu yoxdur
Politoloq Ramiz Alıyev “Yeni Azərbaycan”a açıqlamasında deyib ki, Nikol Paşinyan reallıqları qəbul edib və etmək məcburiyyətindədir: “Onun başqa yolu yoxdur. Çünki 44 günlük müharibədə qələbə qazanan, yeni reallıqlar yaradan Azərbaycan şərtləri diktə edir. Soçi və Brüssel görüşünün nəticələri də Azərbaycanın haqlı və üstün mövqeyini təsdiqlədi. Regionda tənzimləmə prosesi məhz Azərbaycanın geosiyasi iradəsinə uyğun cərəyan edir və ölkəmiz strateji hədəflərinə doğru irəliləyir. Paşinyanın Brüssel görüşündən sonra verdiyi açıqlamalar da bu reallıqları ifadə edir, həmçinin Ermənistan hakimiyyətinin situasiya ilə barışdığını göstərir. Bu gün vacib və aktual məsələ regional təhlükəsizliyin möhkəmləndirilməsi, postmünaqişə dövründə yaranmış əməkdaşlıq imkanlarından maksimum səmərəli istifadə olunmasıdır. Amma Paşinyanın Milli Təhlükəsizlik Xidmətinin iclasında sərsəm açıqlamalar verməsi isə, zənnimcə, daxili auditoriyaya hesablanıb. Çünki rəqibləri - müxalif qüvvələr Azərbaycanın ardıcıl diplomatik nailiyyətləri fonunda Paşinyanı ciddi ittiham və tənqid edirlər. Bu da təbiidir”.
Paşinyanın nə deməyindən asılı olmayaraq...
Politoloq əlavə edib ki, Paşinyanın nə deməyindən asılı olmayaraq, reallıqlar aydındır: “Onun məsuliyyətsizcə absurd ifadələr səsləndirməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki indi nə status-kvo var, nə də status. İkisi də Azərbaycan tərəfindən cəhənnəmə göndərilib. Azərbaycanın ərazi bütövlüyü təmin olunub, separatizm faktı aradan qaldırılıb. Qarabağ Azərbaycandır və bunu həm Ermənistanda iqtidar, müxalifət - hər kəs, həm də dünya ictimaiyyəti yaxşı bilir. Erməni baş nazir sadəcə olaraq, daxili auditoriyanı sakitləşdirməyə çalışır. Çünki bilir ki, kommunikasiyalar da bərpa olunacaq, Zəngəzur dəhlizi də açılacaq, sərhədlər də dəqiqləşdiriləcək, gec-tez sülh müqaviləsi də imzalanacaq. Ermənistanın reallıqları dəyişdirmək gücü və imkanı yoxdur. Azərbaycanın hədəfi Cənubi Qafqazda qarşılıqlı-faydalı maraqlara və sağlam münasibətlərə əsaslanan yeni geostrateji vəziyyətin formalaşmasıdır. Bu, sülhün, sabitliyin, təhlükəsizliyin və işbirliyinin təmin olunması baxımından olduqca önəmlidir. Paşinyanın hədəfi isə, görünən odur ki, daxili auditoriyadır”.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

