Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya “qırmızı xətt”ini bir daha xatırlatdı

Rusiya “qırmızı xətt”ini bir daha xatırlatdı

23.12.2021 [10:59]

Əks qütblər bir-birinin gizli kartlarını əldə etmək niyyətindədir

İbrahim Babayev: Rəsmi Moskva müharibə anonsu verməklə təhlükəni özündən kənarda saxlamağa çalışır

Pərviz

Bayden-Putin görüşünün nəticəsiz yekunlaşması Şimalı Atlantika Alyansını hərəkətə gətirib. Daha doğrusu, Ukrayna düyünü NATO müstəvisinə transfer edilir. Görünən budur ki, ABŞ Rusiyaya qarşı tək olmadığını nümayiş etdirmək üçün bu yola əl atıb. Ekspertlərin qənaətinə əsasən, bunun qarşılığında isə Alyans üzvləri Vaşinqton ilə Moskva arasında buzların əriməsi üçün çaba göstərmək niyyətindədirlər.

NATO-nun Baş katibi Yens Stoltenberq “Journal de Dimanche”ə müsahibəsində Rusiya ilə nüfuz dairələrinə dair konfransın keçirilməsinə qarşı çıxdığını bəyan edib. O, bunun əvəzinə, Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib: “Böyük dövlətlərə öz qonşularına nəzarət etmək imkanı verən təsir zonalarını yenidən müzakirə edəcəyimiz növbəti konfransın keçirilməsi ideyası bizim üçün geriyə addım olardı və bu, tamamilə yanlış istiqamətdir”.

“Silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması” fikirləri artıq bir neçə dəfə Rusiya tərəfindən rədd edilib. Rəsmi Moskva Ukrayna ərazisində NATO qüvvələrinin və silahlarının yerləşdirilməsini, təlimləri özünün “qırmızı xətt”i hesab edir. Rusiya tərəfinin mövqeyinə əsasən, bu, milli təhlükəsizliyi təhdid edir. Kreml Şimali Atlantika Alyansının belə açıqlamalarını Rusiya sərhədləri yaxınlığında daha çox hərbi texnika yerləşdirmək, eləcə də öz maraqları üçün lobbiçilik etmək istəyi ilə əlaqələndirir. Bu baxımdan, Rusiya təhlükəsizliyə hüquqi təminat tələb edərək aydın beynəlxalq müqavilələr hazırlamaq üçün Vaşinqton və onun Alyans üzrə müttəfiqlərini danışıqlara çağırır. ABŞ və müttəfiqlərinin cavabı isə, göründüyü kimi, Rusiyanın maraqları ilə uzlaşmır.

Digər tərəfdən, NATO Baş katibinin ABŞ-dan fərqli olaraq daha konstruktiv mövqedən çıxış etməsində isə Alyansın digər üzvlərinin təsiri az deyil. Hələ ki, Rusiya qazına ehtiyac duyan Şərqi və Mərkəzi Avropa ölkələri indiki məqamda rəsmi Moskva ilə münasibətləri kəskinləşdirmək niyyətində deyillər. ABŞ-ı öz proqramından çəkindirə biləcəyinə də inanmayan Avropa ölkələri hələlik vaxt udmaq istəyir. Bunun üçün isə ABŞ-ın Rusiya ilə hərbi qarşıdurma niyyətini ikinci plana keçirməsi gərəkdir.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İbrahim Babayev bildirib ki, ABŞ ilə NATO arasındakı mövcud problemin tarixi uzun bir dövrü əhatə edir. SSRİ-nin dağılmasının ardından ABŞ ilə Rusiya arasında Şərqi Avropada nüfuz savaşı başlamışdı ki, bu da sonda Qərbin qələbəsi ilə yekunlaşdı. Nəticədə Varşava Müqaviləsi Təşkilatının üzvü olan dövlətlərin böyük əksəriyyəti NATO-ya transfer olundular. Rusiya çalışsa da, NATO-nu öz sərhədlərindən uzaqda saxlaya bilmədi. Bu gün analoji prosesin ikinci mərhələsi yaşanır. Bu dəfə ABŞ NATO-nu Rusiyanın sərhədinə gətirməyə çalışır ki, bu da hərbi təhdid yaradır. Bu isə Rusiyanın maraqlarına tam ziddir. İ.Babayev qeyd edib ki, Rusiya bununla bağlı narazılıqlarını hər zaman dilə gətirir və bu mövzuda ən son müzakirələr 2008-ci ilin yayında, Gürcüstan müharibəsi zamanı aparılmışdı: “Həmin dövrdə ABŞ ilə Rusiya NATO-nun Şərqə doğru genişlənməyəcəyi ilə bağlı razılıq əldə etmişdilər. ABŞ-ın Ukrayna və Gürcüstanın Alyansa üzv olması ilə bağlı addımları bu razılığı pozur. NATO sürətlə Şərqə doğru, daha doğrusu, Rusiyaya tərəf irəliləməkdədir. Rusiyanın “qırmızı xətt”i məhz budur. Rusiya anlayır ki, NATO-ya üzvlüyü müzakirə olunan dövlətlər qarşıdakı dövrdə Türkiyə kimi milli maraqları çərçivəsində davrana bilməyəcək, ABŞ-a qarşı hər hansı bir müqaviməti göstərə bilməyəcək. Bu səbəbdən də rəsmi Moskva müharibə anonsu verməklə təhlükəni özündən kənarda saxlamağa çalışır”.

Birgə təlimlərə gəldikdə isə, politoloqun fikrincə, burada əks qütblər bir-birinin gizli kartlarını əldə etmək niyyətindədirlər. Belə ki, birgə təlimlər zamanı hər iki tərəf rəqibin silahlarının gücünü görə və buna qarşı hər hansı bir qabaqlayıcı tədbirlər görə biləcək.

 

 

 

Paylaş:
Baxılıb: 655 dəfə

Xəbər lenti

Hamısına bax

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30