Yeni mərhələ
24.12.2021 [10:46]
İran-Azərbaycan cəbhəsində diplomatik təmaslar sıxlaşır
Pərviz Sadayoğlu
Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni siyasi-iqtisadi reallıqlar reginal əməkdaşlığın inkişafına böyük töhfələr verir. Dünya ölkələri ilə tərəfdaşlıq münasibətlərinin inkişafına hər zaman önəm verən Azərbaycan regionda planlaşdırılan layihələrdə xüsusilə qonşu dövlətlərin iştirakında maraqlıdır. Bu mənada, İran İslam Respublikasının da Azərbaycanla əlaqələrinin inkişafı istiqamətində aparılan siyasət mühüm əhəmiyyət kəsb edir.
Dörd ayda üç görüş...
Ölkəmizdə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da son 4 ayda iki ölkə arasında sıx əlaqələrin qurulduğunu, üç görüşün və mütəmadi telefon danışıqlarının olduğunu bildirib. Azərbaycan, Rusiya, Türkiyə və İran arasında yeni platformanın yaranacağını qeyd edən nazir vurğulayıb ki, region ölkələrinin bölgədəki problemləri həll etməsi üçün kifayət qədər gücü var: “İran müharibədən sonrakı təcrübəni nəzərə alaraq yenidənqurma layihələrində iştirakda maraqlıdır. Nəqliyyat-tranzit, habelə hərbi və siyasi sahələrdə əməkdaşlığımız davam edəcək”.
Yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş...
İranlı həmkarı ilə görüşdən sonra təşkil olunan brifinqdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə bildirib ki, ölkələrimiz “Xudafərin” və “Qız qalası”, “Ordubad” su elektrik stansiyalarının inşası, Astaraçay üzərində körpünün tikilməsi, İran-Azərbaycan-Rusiya dəhlizinin daha da təkmilləşdirilməsi, Neftçalada birgə avtomobil istehsalı zavodunun işə salınması kimi birgə layihələrə imza atıb. İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etmək üçün İran şirkətlərindən müraciətlər daxil olduğunu diqqətə çatdıran C.Bayramov hazırda İranın dövlət və özəl şirkətləri tərəfindən Qarabağ bölgəsində həyata keçirilməsi üçün layihələr təklif edildiyini deyib. C.Bayramov qeyd edib ki, İranda yeni hökumət formalaşdıqdan sonrakı bir neçə ay ərzində bir sıra yeni layihələr barədə konkret icraatlar var. Aşqabadda Türkmənistan qazının İran ərazisindən keçməsi barədə müqavilə buna nümunədir. Ən önəmlisi isə yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir.
Regional inkişafın yeni mərhələsi
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bildirən Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə regional inkişafın yeni mərhələsini yaratmaqla yanaşı, yeni əməkdaşlıqlar platformasının formalaşmasını da şərtləndirib. Bu mənada, İran-Azərbaycan münasibətlərinin inkişafı da xüsusi qeyd edilməlidir: “Hələ müharibədən öncəki dövrdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə İran-Azərbaycan-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan formatında görüşlər reallaşmışdı. Bu təşəbbüslər özlüyündə qonşu ölkələr arasında bağların möhkəmləndirilməsi, əməkdaşlıqların inkişaf etdirilməsində böyük əhəmiyyət daşıyır. Məsələn, İran-Azərbaycan-Rusiya əməkdaşlığının nəticəsi kimi ortaya çıxan Şimal-Cənub nəqliyyat dəhlizi böyük İpək Yolunun mühüm tərkib hissəsinə çevrilib. Bu dəhliz Şərq-Qərb tranziti üzrə də yükdaşımalarda mühüm rol oynamaqdadır. Bu mənada, region dövlətləri arasında əməkdaşlıqların inkişafı bölgənin ümumi inkişaf tempini artırmağa xidmət göstərir”.
İran əməkdaşlıqda maraqlı olduğunu göstərir
Bu ilin noyabrında Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq təşkilatının XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisi arasında baş tutan görüşə diqqət çəkən E.Mirbəşir vurğulayıb ki, həmin görüş İran-Azərbaycan münasibətlərinin inişafında yeni mərhələnin başlanğıcı sayıla bilər. Bu görüşdə Azərbaycan ilə İran arasında Şimal-Cənub nəqliyyat dəhlizi, həmçinin Zəngəzur nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu, Zəngəzur dəhlizinin reallaşması nəticəsində İranın da bu nəqliyyat qovşağından istifadə edə biləcəyi imkanlarının vurğulandığını deyən millət vəkilinin fikrincə, bütün region dövlətləri kimi İran da Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən sonra regionda yaranan yeni geosiyasi vəziyyəti görür və dəyərləndirir. “Azərbaycan dövləti hər zaman əməkdaşlığa açıq olduğunu bəyan edir. Bu gün işğaldan azad edilən bölgələrin bərpası, yeni infrastrukturun formalaşdırılması prosesində bir sıra ölkələrin, o cümlədən Avropa İttifaqı ölkələrinin şirkətləri iştirak edirlər. İran da bu prosesdə iştirak etmək niyyətini bildirərsə, Azərbaycan tərəfi bu təklifləri dəyərləndirəcək. Hesab edirəm ki, iki dövlət arasında bundan sonrakı münasibətlər müsbət dinamika ilə inkişaf edəcək. Azərbaycanın xarici işlər naziri də bildirdi ki, iki ölkə arasında yeni layihələrlə bağlı yol xəritəsi üzərində iş gedir. Bu yol xəritəsi həm İran, həm ?? Azərbaycan üçün faydalıdır. Bu gün Azərbaycan Cənubi Qafqazı dünyanın əsas tranzit qovşağına çevirir. İran da bu prosesdə iştirak etmək niyyətini bildirməklə əməkdaşlıqda maraqlı olduğunu göstərir”, - deyən E.Mirbəşir əlavə edib ki, ölkələr arasında hərbi-siyasi əlaqələrin inkişaf etdirilməsi ilə bağlı məsələ də mühüm əhəmiyyət kəsb etməkdədir. Azərbaycan bu sahədə də ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafında maraqlıdır.
Xəbər lenti
Hamısına baxDünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17

