/ / Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilib
Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali məktəblərinə qəbul olunmuş gənclərlə görüş keçirilib
21.08.2010 [09:57]
Dövlət və hökumət qurumları nümayəndələrinin, təhsil işçilərinin də iştirak etdikləri tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Ulu öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Prezident Sərəncamı ilə təsdiq edilmiş müvafiq Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən danışan nazir bildirib ki, indiyədək 512 nəfər azərbaycanlı gənc xarici ölkələrdə təhsil almağa göndərilib. Onlar Almaniya, Türkiyə, Fransa, Böyük Britaniya, Koreya Respublikası, Sinqapur və digər ölkələrin universitetlərində respublikamız üçün vacib olan ixtisaslar üzrə təhsil alırlar. Gənclərdən 17-si doktorantura pilləsində sosial elmlər, mühəndislik, tibb və informasiya-kommunikasiya texnologiyaları üzrə oxuyur. Proqram çərçivəsində bu il 200-dək tələbənin xaricdə təhsil almağa göndərilməsi nəzərdə tutulub.
M.Mərdanov növbəti tədris ilindən etibarən informasiya-kommunikasiya texnologiyaları, tibb, riyaziyyat, fizika, biologiya, kimya və s. ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına daha çox üstünlük veriləcəyini də diqqətə çatdırıb.
Proqram çərçivəsində təhsil alan tələbələrin bütün xərcləri dövlət tərəfindən ödənilir.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev Dövlət Proqramının əhəmiyyətindən danışıb. O, tələbələri təhsildə yüksək nailiyyətlər əldə etməyə, Vətənə layiqli övlad olmağa çağırıb, onlara öz tövsiyələrini verib.
Müasir şəraitdə təhsilin mühüm rolunu vurğulayan Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov gənclərə doğma Azərbaycanın adını daim uca tutmağı tövsiyə edib, onların təhsildə uğur qazanacaqlarına əminliyini bildirib.
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov tələbələri təbrik ediblər.
Fransa, Sinqapur, Koreya Respublikası və digər ölkələrdə təhsil alan azərbaycanlı tələbələr çıxış edərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxMEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51

