Müqəddəs heykəl, yoxsa “Troya atı?”
19.01.2022 [09:57]
İlhamə
“Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, biznesmen Qagik Tsarukyan Ermənistanda İsa peyğəmbərin nəhəng heykəlini ucaltdırmaq niyyətinə düşüb. Bu barədə o, özünün rəsmi “facebook” səhifəsində məlumat verib: “Biz xristianlığı qəbul edən ilk ölkə kimi Məsihin abidəsini ən uca zirvədə ucaltmalıyıq. Mən bu işi özüm görmək qərarına gəldim, artıq inşaatçılara, dizaynerlərə, memarlara və heykəltəraşlara göstərişlər vermişəm”.
Heykəlin hündürlüyü,Tsarukyanın arzuladığı kimi, ən azı 33 metr olmalıdır. Diqqətəlayiq təkliflər verilərsə, o, hətta 66, yaxud 99 metrlik heykəlin qoyulmasına belə sponsorluq etməyə hazır olduğunu deyib. Partiya lideri qeyd edib ki, heykəl ölkənin ən yüksək zirvələrindən birində ucaldılacaq. O məhz hansı zirvəni nəzərdə tutduğunu deməyib. Əslində, ermənilər üçün bunun elə bir fərqi də yoxdur, çünki ölkə bataqlığın dibindəykən orada yüksək zirvə axtarmaq ciddi görünmür.
Müharibədən çıxmış ölkə kimi Ermənistanın kifayət qədər maliyyə vəsaitini əhalinin rifah halının yüksəldilməsinə deyil, İsa Məsihə ən hündür abidə ucaltmaq bəhsinə yönəltmək istəyi maraq doğurur. Bəziləri iddia edə bilər ki, bu, dövlətin ayırdığı maliyyə deyil, özəl mənbədən gələn vəsaitdir. Amma onu da unutmayaq ki, Ermənistan diaspor təşkilatlarından gələn ianələr hesabına baş girləyən dövlətdir.
Məlum məsələdir ki, Ermənistan hər zaman öz xristian kimliyindən siyasi maraqları üçün istifadə edib. Şübhəsiz, bu məğlub ölkə İsa Məsihə ən böyük abidə ucaltmaqla islamofobiyanın hökm sürdüyü Qərbdə diqqəti bir daha özünə çəkmək, xristian aləmindən dəstək almaq niyyətindədir. Bu, əslində Ermənistanın Qərbə hazırladığı növbəti “Troya atı” kimi də dəyərləndirilə bilər. “Bu abidənin ucaldılmasıyla biz bütün dünyaya göstərə bilərik ki, yer üzündə ilk xristian xalqıyıq”, - Tsarukyan belə deyib.
Məlumatı oxuyan sosial şəbəkə istifadəçiləri isə layihəyə etiraz edərək, “artıq pulu varsa, bunu ehtiyacı olanlara sərf eləsin, ölkə səfalət içindədir” tipli şərhlər yazıblar.
Xəbər lenti
Hamısına baxİdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Gündəm
05 May 15:28
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13

