Ermənistanın minimum 25, maksimum 35 gün vaxtı var
02.02.2022 [10:26]
Prezidentsiz qalan Ermənistan yeni fakt və seçim qarşısında...
Pərviz SADAYOĞLU
Ermənistan parlamentinin spikeri Alen Simonyan prezident Armen Sarksiyanın istefası barədə qərar imzalayıb. Prezidentin istefasından 7 gün sonra imzalanan qərar barədə məlumat Ermənistanın qanunverici orqanın saytında yerləşdirilib. Sənəddə bildirilir ki, Ermənistan konstitusiyasının 142-ci maddəsinə, habelə parlament reqlamentinin 147-ci maddəsinin 1-ci hissəsinin və 2-ci hissəsinin 2-ci bəndinin tələblərinə əsasən prezident Armen Sarkisyanın səlahiyyətləri bitmiş hesab edilir. Hazırda dövlət başçısı səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan icra etməkdədir. Yeni prezidenti seçmək üçün parlament üzvlərinin minimum 25, maksimum 35 gün vaxtı var. Ölkə prezidenti olmaq üçün isə bütün qüvvələr - həm müxalifət, həm də hakim siyasi partiya öz namizədini irəli sürə bilər. Parlament üzvlərinin dörddə birinin səsini qazanan şəxs ölkə başçısı seçiləcək.
Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası prezidentliyə namizədinin adını rəsmən açıqlamasa da, artıq hökumətyönlü media onun yüksək texnologiyalar sənayesi naziri V.Xaçaturyan olduğunu yazıb. Xaçaturyanın özü də bu məlumatı təkzib etməyib. Parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan da, o cümlədən müxalifətin “Ermənistan” bloku da prezidentliyə namizəd irəli sürmək fikrində olduqlarını bildiriblər.
Qeyd edək ki, Ermənistanda prezident parlament üzvləri tərəfindən seçilir. 2021-ci ilin yayında keçirilən növbədənkənar seçkilərindən sonra parlamentdə 71 mandat hakim “Vətəndaş müqaviləsi” fraksiyasına, 29 mandat “Hayastan” fraksiyasına, 7 mandat “Şərəfim var” fraksiyasına məxsusdur.
Prezidentliyə namizədlərin müəyyənləşməsi istiqamətində gedən müzakirələr Ermənistanda referendum keçirilməsi məsələsini də yenidən gündəmə gətirib. Belə ki, dövlət idarəçilik sisteminin dəyişməsinin zəruri olduğunu söyləyən bəzi müxalifət partiyaları hazırkı parlament respublikasından yarı-prezident üsul-idarəsinə keçidi təklif edirlər. Parlament çoxluğuna malik hakim partiya və partiyanın rəhbəri Nikol Paşinyan isə bu təkliflərlə razılaşmır. Xatırladaq ki, keçmiş Prezident Armen Sarkisyan istefasının bir səbəbini də məhz dövlət başçısının səlahiyyətlərinin olduqca məhdud olması ilə əlaqələndirmişdi.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi Qabil Hüseynli bildirib ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanda siyasi böhran bir neçə istiqamətdə özünü açıq şəkildə büruzə verməkdədir. İqtisadi çöküş, o cümlədən Azərbaycanın regionda yaratdığı yeni siyasi reallıqlar Ermənistanı fakt qarşısında qoyub. Bu baxımdan, Armen Sarkisyanın istefası yalnız səlahiyyətlərin məhdudluğu ilə əlaqəli deyil. Q.Hüseynli vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü şərtlərə, o cümlədən imzalanan üçtərəfli bəyanatların tələblərinə riayət etməli olan Ermənistan hakimiyyəti indiyə qədər öz xalqına danışdığı yalanların əsirinə çevriliblər. Onun fikrincə, A.Sarkisyan da anlayırdı ki, yaxın zamanda imzalanacaq sülh sazişi uydurulan bütün miflərin sonudur: “Ermənistanda son 20 ildə hakimiyyətdə olan qüvvələr öz işğalçı siyasətləri ilə dövlətin iqtisadi dayaqlarını tam sarsıdıblar. Artıq situasiya dəyişib. Azərbaycan bölgədə yeni əməkdaşlıq mühiti yaradıb və Ermənistanın da bu platformada iştirakını məqbul hesab edir. Bu baxımdan, yeni mərhələyə yeni siyasi rəhbərliklə başlamaq Paşinyan komandasının da ürəyincədir. Yeni seçiləcək Ermənistan prezidentinin kimliyi isə parlament sədrinin qərarından sonra maksimum 35 gün müddətində bəlli olmalıdır. Onsuz da siyasi böhran girdabından xilas olmayan bu ölkə üçün həmin 35 gün olduqca çətin keçəcək. Hazırkı situasiyada prezidentin hakim partiyadan seçilməsi ehtimalı olduqca böyükdür. Hakim partiyanın irəli sürdüyü namizəd isə iqtisadçıdır. Prosesə nəzər yetirdikdə görmək olur ki, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri tənzimləmək, Ermənistanın qonşuları ilə əlaqələrini yaxşılaşdırmaq yolunu tutub. Bunun üçün də yeni prezident məhz köhnə stereotiplərdən uzaq bir şəxs olmalıdır. Artıq Ermənistanda sülh müqaviləsi ilə bağlı da zaman-zaman müsbət fikirlər səsləndirirlər. Bu baxımdan, hakim komanda onlara mane ola biləcək qüvvənin prezident olmasına imkan verməyəcək. Digər tərəfdən, parlament çoxluğu da Paşinyanın partiyasının əlindədir. Onlar istədikləri namizədi təsdiq etmək iqtidarındadırlar”.
Q.Hüseynli əlavə edib ki, keçmiş iqtidar nümayəndələrinin bu seçkilərdə qələbə qazanmaq şansı olduqca azdır. Bu baxımdan, yeni prezidentin seçilməsi prosesində qeyri-adi halın baş verməsi ehtimalı azdır.
Xəbər lenti
Hamısına baxSiyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41

