Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı...
01.03.2022 [09:52]
Ölkəmizin təklif və təşəbbüsləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Nurlan QƏLƏNDƏRLİ
Fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələr keçirildi. Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin videoformatda təqdim olunan çıxışında çox mühüm məqamlar yer aldı. Bir daha bəlli oldu ki, Azərbaycan pandemiyaya qarşı mübarizədə çox mühüm təşəbbüslər irəli sürür, ölkəmizin səyləri beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Qeyd edək ki, Azərbaycan koronavirusa qarşı mübarizə çərçivəsində birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardım edib. 5 ölkəyə peyvənd ianəsi edilib və proses davam edir. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.
Ümumiyyətlə, XX əsrin üçüncü onilliyində bəşəriyyət olduqca mürəkkəb situasiyanın fonunda yeni qlobal çağırışla üzləşib. Bir çox inkişaf etmiş dövlət səhiyyə böhranı və sosial-iqtisadi problemlərlə üz-üzə qalıb. Ona görə də pandemiya şəraitində qlobal təşəbbüslərin irəli sürülməsi, səylərin birləşdirilməsi ehtiyacı meydana çıxıb. Azərbaycan dövləti tərəfindən pandemiya ilə mübarizə çərçivəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər ölkədə vəziyyəti nəzarət altında saxlamağa imkan verib. Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən qlobal əhəmiyyətə malik təşəbbüslər irəli sürülüb, regional və beynəlxalq səviyyədə resursların səfərbər olunması zərurəti dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşünün, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi və digər tədbirlər bu baxımdan xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı uğurlu təşəbbüslər irəli sürüb. Dövlət başçısı bəhs olunan çıxışı zamanı bu məqamlara toxunaraq “2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür”, - deyə vurğulayıb.
Prezident İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən biri də peyvəndlərin ədalətsiz bölgüsü və “peyvənd millətçiliyi”dir. Təbii ki, bu kifayət qədər aktual problemdir. Bölgüdə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərliyin olması pandemiyaya qarşı mübarizənin effektivliyini azaldır. Bu, həmçinin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur. Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verən Azərbaycan bu istiqamətdə çox mühüm təklif və təşəbbüslərlə çıxış edir, neqativ halların aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırır. Eyni zamanda, respublikamız bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir. Bunlarla yanaşı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib: “BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir”.
Beləliklə, Azərbaycan pandemiyaya qarşı mübarizədə fəal rol oynayır, irəli sürülən təklif və təşəbbüslər beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Xəbər lenti
Hamısına baxDünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10

