Azərbaycan dialoq məkanı və etibarlı tərəfdaş kimi
03.03.2022 [10:05]
Emmanuel Makronun İlham Əliyevə telefon zəngi zamanı müzakirə olunan məsələlər bu reallığı bir daha təsdiqləyir
Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi zamanı mühüm məsələlər müzakirə olunub. Söhbət zamanı Ukraynada böhran vəziyyəti və bu ölkəyə humanitar dəstəyin göstərilməsi məsələlərinin müzakirə olunması diqqəti xüsusilə cəlb edir. Bu, ilk növbədə, təhlükəsizlik məsələsində Cənubi Qafqazın lider dövlətinin Liderinin - Azərbaycan Prezidentinin fikir, rəy və mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir.
Rusiya-Ukrayna müharibəsi, regional gərginliyin pik həddə çatması müxtəlif qüvvələr arasında diplomatik təmasların gücləndirilməsini önəmli və zəruri edir. Diqqət mərkəzində saxlanılan əsas məsələ isə sülh və təhlükəsizliyin təmin olunmasıdır. Bu diplomatik trafikdə Azərbaycanla təmaslar və Bakının fəal rolu da xüsusi olaraq nəzərə çarpır. Müxtəlif ölkələrin rəhbərlərinin mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi olan Prezident İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir.
Təsadüfi deyil ki, Rusiya ilə Ukrayna arasında hərbi-siyasi qarşıdurmanın aradan qaldırılmasında Bakının vasitəçi ola biləcəyi, prosesə mühüm töhfə verəcəyi əminliklə ifadə edilir. Əlbəttə, bu yanaşma reallığa əsaslanır. Çünki birincisi, Azərbaycan bu gün regional təhlükəsizlik, o cümlədən Ukrayna məsələsində bir-biri ilə əks mövqelərdə - zidd qütblərdə dayanan tərəflərlə hər hansı bir gərginliyə malik deyil, əksinə, qarşılıqlı faydalı və bərabərhüquqlu tərəfdaşlığa sahibdir. İkincisi, ölkəmiz bundan öncə dəfələrlə dialoq və işbirliyi məkanı olduğunu təsdiqləyib. Güc mərkəzlərinin nümayəndələrinin görüşü Bakıda baş tutub, regional və beynəlxalq təhlükəsizliyə dair mühüm müzakirələr aparılıb. Üçüncüsü, Azərbaycan beynəlxalq hüquqa hörmət və riayət olunmasının tərəfdarıdır. 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalçı və terrorçu siyasətindən əziyyət çəkən Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına riayət olunmasını vacib prinsip kimi əsas götürüb. Bütün bunlara görə Azərbaycana etibarlı tərəfdaş kimi böyük inam və etimad var. Bu səbəbdən olduqca mürəkkəb şəraitdə və kritik dönəmdə regional, beynəlxalq təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur.
Emmanuel Makronun Azərbaycan Prezidenti ilə telefon danışığı zamanı müzakirə olunan məsələlərdən biri də enerji təhlükəsizliyi olub. Bu, proseslərin Avropanı enerji böhranına doğru apardığı hazırkı şəraitdə xüsusilə aktual və önəmlidir. Son məlumatlara əsasən, Avropada təbii qazın min kubmetr üçün qiyməti bir sutkada 60 faizə yaxın bahalaşıb və 2220 dolları ötüb. Bu, tarixi rekorddur. Belə bir şəraitdə “qoca qitə”nin enerji təhlükəsizliyi məsələsində alternativ mənbələrə ehtiyacının olduğu növbəti dəfə təsdiqlənir və etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam isə sonsuzdur. Çünki Azərbaycan 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Azərbaycanla əməkdaşlığın üstünlüyünü şərtləndirən digər amillər ondan ibarətdir ki, respublikamızın təbii qazının qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Eyni zamanda, Cənub Qaz Dəhlizi alternativ mənbə kimi çox mühüm əhəmiyyətə malikdir. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir. Yeri gəlmişkən, Energetika Nazirliyinin Beynəlxalq əməkdaşlıq departamentinin rəhbərinin məlumatına əsasən, Azərbaycan 2022-ci ilin sonunadək Avropaya qaz tədarükünü 9,1 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Avropaya 8,2 milyard kubmetr təbii qaz ixrac edilib, bu il həmin göstəricinin 9,1 milyard kubmetrə çatdırılması planlaşdırılır. 2023-cü ildə isə Azərbaycanın Avropa ölkələrinə 11 milyard kubmetr qaz tədarük etməsi gözlənilir.
Nəticə etibarilə, Bakı ilə təmaslar intensiv xarakter daşıyır və Avropanın təhlükəsizlik məsələləri Azərbaycan Prezidenti ilə müzakirə olunur. Bu isə ölkəmizin dialoq məkanı və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxElanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48

